Xədicə İsmayılova prokurorluğa çağırıldı
Bizi izləyin

Nida.az

Xədicə İsmayılova prokurorluğa çağırıldı

Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib.

“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova Baş Prokurorluğa çağırılıb. Musavat.com-un məlumatına görə, jurnalist bu barədə Facebook-da yazıb. Onun yazdığına görə, Baş Prokurorluqda onun yaydığı sənədlə bağlı Cinayət Məcəlləsinin 284-cü (Dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, ötən gün Baş Prokurorluq Xədicə İsmayılovanın yaydıtı sənədlə bağlı məsələyə aydınlıq gətirib. “Bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi "Facebook" səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib”, - Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm