Samir Şərifov ABŞ-ın yeni səfiri ilə görüşüb
Bizi izləyin

Nida.az

Samir Şərifov ABŞ-ın yeni səfiri ilə görüşüb

Azərbaycanın maliyyə naziri, İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının həmsədri Samir Şərifov Birləşmiş Ştatların ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın hazırkı sosial-iqtisadi vəziyyəti və qazanılmış uğurlar barədə geniş məlumat verən S.Şərifov Azərbaycan ilə Birləşmiş Ştatlar arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

R.Sekuta diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə maliyyə, regional əməkdaşlıq, enerji, investisiya və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir S.Şərifov səfir R.Sekutaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm