ABŞ kəşfiyyatından Azərbaycanla bağlı MÜHÜM PROQNOZ
Bizi izləyin

Nida.az

ABŞ kəşfiyyatından Azərbaycanla bağlı MÜHÜM PROQNOZ

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) leqal qolu hesab olunan “Stratfor” beyin mərkəzi qarşıdakı 10 il üçün geosiyasi proqnozlarla çıxış edib.


Publika.az xəbər verir ki, Azərbaycanla bağlı bir sıra məqamların yer aldığı məqalədə yeni Qara dəniz ittifaqının yaranacağı ehtimal olunur: “Bu ittifaq Azərbaycan və Xəzər dənizi sahillərinə qədər genişlənə bilər. Lakin bunun necə olacağı Türkiyə və Yaxın Şərqin gələcək taleyindən daha çox asılıdır. Suriya və İraqın sabitləşməsinə həqiqətən də töhfə vermək imkanlarına bir ölkə malikdir: Türkiyə. Hazırda Türkiyə Qafqazda və Qara dəniz hövzəsində hər tərəfdən münaqişələrlə mühasirəyə alınıb. Türkiyə Yaxın Şərqdə hələlik tam müstəqil siyasətə hazır deyil. Hesab etmək olar ki, Ankara ABŞ-la əməkdaşlığa gedəcək. Bu əməkdaşlıq Azərbaycan və Gürcüstanda güc balansının saxlanılmasına imkan verəcək”.


“Stratfor” Türkiyənin yaxın 10 ildə böyük regional oyunçuya çevriləcəyini, bunun Azərbaycan üçün arzuolunan nəticələrə səbəb olacağını qeyd edib.


“Rusiya tənəzzülə uğrayacaq. Əgər ruslar siyasi, iqtisadi və hərbi yolla uğurlu genişlənməyə nail olacaqsa, tənəzzüldən qaça bilərlər. Lakin hələlik görünən ABŞ-ın bu oyundan qazanclı çıxacağıdır. Amerikalılar ittifaq sistemini genişləndirməyə çalışacaq. NATO-ya Baltikyanı ölkələrdən tutmuş Bolqarıstana qədər bacardıqca daha çox ölkəni cəlb edəcəklər. Türkiyə ilə əlaqələr genişləndiriləcək və onun vasitəsilə ittifaqa Azərbaycanı daxil etməyə cəhd edəcəklər”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm