Siyavuş Novruzov: “İsveçrə səfirliyi 6 aydır ki, bir adamı gizlədir”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “İsveçrə səfirliyi 6 aydır ki, bir adamı gizlədir”

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bəzi ermənipərəst xarici təşkilatların Azərbaycanda insan hüquq və azadlıqlarına dair hazırladıqları hesabatları pisləyib.


Publika.az-ın məlumatına görə, YAP-çı deputat bildirib ki, bir qrup beynəlxalq təşkilat Azərbaycan dövləti haqqında şər kampaniyası aparmaqda davam edir: “Vaxtilə Bakıda keçirilən “Eurovision” yarışması ərəfəsində də belə kampaniya gedirdi. Onlar erməni mənşəli, qrant verib sonra “şapka” aldığı şəxsləri dəstəkləyənlərdir. Buradan bir qrup şəxs də onlara material ötürür. Bunlar AXCP sədri Əli Kərimli, onun ətrafı və erməni mənbəsindən alaraq saxladığı QHT-lərdir. Hesab edirəm ki, millət vəkilləri, Ombudsman öz xətləri ilə bu məsələdə mövqeyini ortaya qoymalıdırlar. Belə bir möhtəşəm tədbir bizim ölkəmizdə keçirilir. Hörmətli Mehriban xanım ölkələri bir-bir gəzərək Avropa Oyunlarının təqdimatını edir. Biz də bir işin qulpundan tutaq”.


S.Novruzov RATİ-nin sədri Emin Hüseynlinin İsveçrə səfirliyində saxlanılması məsələsinə də toxunub: “İsveçrə səfirliyi 6 aydır ki, bir adamı gizlədir. Bu adam milyonlarla qrant alıb, 240 min manatı vergidən yayındırıb. Mən təklif edirəm ki, Ombudsman İsveçrə səfirliyinə müraciət etsin. Qoy bu səfirlik 3 gün bir məcburi köçkünə və ya müəllimə yemək versin. Hələ bir dəfə eşitməmişik ki, bu qurumlar həkimi, müəllimi müdafiə etsin”.


Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm