Nida.az
“Gənclərin xaricdə dini təhsil almaları qanunla qadağan olunmalıdır”- millət vəkilindən təklif
“Azərbaycanlı gənclərin xaricdə dini təhsil almalarına qanunla qadağa qoyulmalıdır”.
Publika.az-ın məlumatına görə, bunu millət vəkili
Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı
bildirib.
Deputat təklif edib ki, bununla bağlı “Dini etiqad azadlığı
haqqında” qanuna da müvafiq dəyişikliklər edilməlidir: “İslam
Universitetinin müəllimləri dini təhsil baxımından beynəlxalq
standartlara cavab verməyə bilərlər. Bu baxımdan da kənar yerdən
daha yüksək səviyyədə dini təhsil vermək üçün müəllimlər həmin
universitetə cəlb edilə bilər. Lakin Azərbaycan gənclərinin xaricdə
dini təhsil dalınca getmələrinə icazə vermək olmaz. Bu, qanunla
qadağan olunmalıdır. Bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyi
təərəfindən antiterror əməliyyatı keçirdi və həbs olunan gənclərdən
ikisi xaricdə ali dini təhsil almış gənclərdir. Onlar ölkədə
çevriliş edərək şəriət dövləti yaratmağa cəhd ediblər. Bunun da
qarşısı MTN tərəfindən alınıb. Təklifimin kökündə də bu məqamlar
dayanır”.
Vasif Həsənli
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı