Nida.az
Azərbaycanda dövlət sirrini yayanlara qarşı cəzalar sərtləşdirilir
Publika.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Milli Məclisinin bugünkü plenar iclasında Cinayət Məcəlləsinə dəyişiklik edilib.
Məcəlləyə təklif olunan dəyişikliyə görə, şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə, eləcə də işinə görə ona məlum olan dövlət sirri təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 6 ilədək (bundan əvvəl 2 ildən 5 ilədək), eyni əməllər ağır nəticələrə səbəb olduqda isə 5 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ildən 8 ilədək (bundan əvvəl 3 ildən 7 ilədək) müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xatırladaq ki, hazırkı qanunvericiliyə əsasən yalnız vəzifəli şəxslər üçün dövlət sirrini yayma cinayət məsuliyyəti yaradır. Məcəlləyə edilən mövcud dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.
Vasif Həsənli
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər
-
Nida Xəbər 17:20
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir
-
Magazin216:40
Tanınmış müğənninin vəziyyəti pisləşdi - Xəstəxanaya aparıldı
-
Sosial15:45
Aytən Səfərova barəsində cinayət işi başlanıldı