“Müsavatdan gedənlərlə yanaşı, gələnlər də olacaq”
Bizi izləyin

Nida.az

“Müsavatdan gedənlərlə yanaşı, gələnlər də olacaq”

Siyasi təşkilat elədir ki, dağıla da bilər, yaxud əksinə olar, ordan qopmalar da olar, yeni gələnlər də


“İsa Qəmbərin başqanlıqdan getməsi kataklizmlərlə müşaiyyət olunmayacaq. İsa bəy başqanlıqdan gedərsə Müsavatdan gedənlər ola bilər, amma eyni zamanda gələnlər də olacaq. Siyasi təşkilat elədir ki, dağıla da bilər, yaxud əksinə olar, ordan qopmalar da olar, yeni gələnlər də. Amma nə olursa olsun Müsavat dağılan partiya deyil”.

Bu barədə Müsavat başqanının müavini Mehman Cavadoğlu Publika.Az –a açıqlamasında deyib. Onun sözlərinə görə, qurultayda nizamnamədəki məşhur müddəa dəyişdirilə bilər: “Lakin belə bir dəyişiklik olsa belə, hər şey İsa Qəmbərin şəxsi iradəsindən asılı olacaq. Onun namizədliyini irəli sürməmək hüququ var. Nizamnamədəki müddəa təkcə başqanı deyil, digər rəhbər orqanları da seçəcək. Bu müddəa artıq neçə ildir qəbul olunub və partiyanın rayon təşkilatları rəhbərlərinə də aiddir. Müddəa qüvvəyə minəndən sonra iki dəfə ard-arda seçilmiş rayon təşkilat rəhbərləri yeniləri ilə əvəz olunub. Məhz həmin maddəyə uyğun olaraq bu dəyişikliklər olub. İndi Müsavat başqanı və Nəzarət Təftiş Komissiyasının sədrinə də aiddir”.

Özünü başqanlıq iddialarının olmadığını deyən M. Cavadoğlu dəstək verəcəyi şəxsin də adını açıqlamayıb. Bildirib ki, hələ xeyli vaxt var, namizədlər açıqlansın, ondan sonra seçim ola bilər. Onun sözlərinə görə, seçki prosesi saatbasaat dəyişdiyi üçün də bunu indidən demək çətindir: “Ona görə də zamanı gələndə bunları da açıqlayacağıq”.

M. Cavadoğlu başqanlığa iddialı Tural Abbaslının “Müsavata yenilik lazımdır” açıqlamasına da münasibət bildirib.
“Bu fikirlər razılaşmamaq olmur. Lakin bunun üçün mütləq gəncin başqan seçilməsinə ehtiyac yoxdur. Digər namizədlər də yeni nəfəs gətirə bilərlər. Müsavatın indiki başqanı İsa Qəmbər də həmişə partiyaya yeni nəfəsin gəlməsini çalışıb”-deyə İsa Qəmbərin müavini vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm