Nida.az
Sofiyanın son həmləsi: “Nabucco”nu kimlər dirildir? - Enerji savaşında müəmma
“Bolqarıstan perspektivlərinin reallaşması nə qədər əlverişsiz görünsə də, Sofiya Avropanın enerji bazarında əsas rol oynamaq ambissiyalarından imtina etmir. Azərbaycan Prezidenti İlham Əliyevlə Boyko Borisovun Sofiyada “Nabucco”nu yenidən diriltməklə bağlı müzakirələri bunu deməyə əsas verir”.
Publika.az xəbər verir ki, Bolqarıstan radiosunun
saytında Azərbaycan Prezidentinin Bolqarıstana rəsmi səfəri zamanı
bu ölkənin rəhbərliyi ilə apardığı danışıqlar şərh edilib.
Bolqarıstan radiosu yazır ki, Sofiya Xəzər qazının Avropaya
çatdırılması layihəsinin yenidən dirildilməsinə Brüsseldən əvvəl
təsir etmək niyyətindədir: “Bu Rusiya qazından asılılığı azaldacaq.
Hazırda Brüssel və Moskva arasında kəskin geosiyasi qarşıdurma
ciddi problemlər yaradıb”.
Bolqar ekspertləri Sofiyanın indiyə qədər uğursuzluğa düçar
olduğunu hesab edirlər.
“Əvvəlcə “Nabucco”dan imtina Bolqarıstanın imkanlarını azaltdı.
Daha sonra “Cənub axını”na pul qoyuldu, lakin Ukrayna böhranından
sonra Brüsselin təzyiqi ilə Sofiya bundan da imtina etdi. Belə
olanda Qara dənizinin bolqar sahilində qazbölüşdürücü mərkəzin
tikintisi ideyası irəli sürüldü. Bu Mərkəzi və Şərqi Avropanın
bütün istehlakçılarının mavi yanacaq almasına hesablanmışdı. Lakin
bu ideya da Brüsselin xoşuna gəlmədi. Maroş Şefçeviç bu plana
Avropanın dəstəyini diplomatcasına rədd etdi. Boyko Borisov
Bolqarıstanın Avropanın qaz təchizatında əsas ötürücü olmağa layiq
olduğunda sonuna qədər israr etdi və hazırda ümidlərini “Nabucco”ya
bağlayır. Azərbaycan isə görünür şəxsi qazının satışında
şaxələndirməyə və müştərilərin əhatəsini genişləndirməyə qarşı
deyil. 2,5 trilyon kubmetrdən çox qaz ehtiyatı Bakıya inamlı
danışmağa imkan verir.
O da qeyd olunmalıdır ki, Sofiya və Bakının yeni planı ağıllı iqtisadi amillərə söykənir. Burda ilk növbədə Rusiya qazının Avropaya çatdırılmasının dayandırılması haqda qərara söykənir. Digər tərəfdən, Azərbaycan Xəzər, Bolqarıstan isə Qara dənizindəki mavi yanacağın çatdırılmasında ən unikal marşrutlardır”, - deyə Bolqarıstan KİV-i vurğulayır.
Rusiyanın “Nezavisimaya qazeta” nəşri isə iddia edir ki, Rusiya
qazından imtina Avropada fikir ayrılığı yaradıb.
“Bu, müəyyən mənada Cənub Qaz Dəhlizi layihəsinə də təsir edə
bilər. Prosesləri yaxşı izləyən Bakı manevrlər edir. Bu baxımdan,
“Nabucco West” layihəsinin yenidən dirildilməsi Avropaya enerji
resurslarının çatdırılması marşrutlarına diversifikasiyanı təmin
edəcəyi fikri məntiqlidir. Gələcəkdə Türkmənistan qazının bura
qoşulması perspektivləri var. Bu isə Avropanın qaz probleminin
həllində mühüm rol oynaya bilər. Ankaranın Aşqabadla danışıqları
sürətləndirməsi və bu il Türkmənistan paytaxtında Bakı – Aşqabad –
Ankara üçlüyünün TANAP-ı müzakirə edəcəyi də diqqət çəkir”, - deyə
nəşr qeyd edib.
Rusiyalı ekspert Vyaçeslav Kulaqin hesab edir ki, “Nabucco West”
layihəsinin dirildilməsi gündəmə gəlsə də, Azərbaycan öz qazını
Avropaya TAP-la çıxaracaq: “Ölmüş layihənin yenidən canlandırılması
məntiqsizdir. Çünki belə olsaydı məsələ Sofiya-Bakı arasında yox,
Bakı-Moskva arasında müzakirə olunardı. Mən Cənub Qaz Dəhlizi ilə
“Türk axını”nın qarşı-qarşıya gələcəyi fikri ilə də razı deyiləm.
Hər iki layihə Türkiyə ərazisindən keçsə də, bunun üçün istifadə
olunacaq ərazi və xərclər o qədər də böyük deyil”.
Energetika üzrə ekspert İlham Şaban da hesab edir ki, “Nabucco”
haqda bolqar hakimiyyətinin bəyanatı hələlik heç nə ifadə
etmir.
“Əslində, Azərbaycan və Rusiya layihələri arasında təmas nöqtəsi
yoxdur. Rusiya üçün boru kəmərini Serbiya, Makedoniya, Macarıstan
və Yunanıstan vasitəsilə aparmaq daha rahatdır. Ukrayna vasitəsilə
Rusiya qazının çatdırılmasına son qoyulandan sonra Ruminiya
vasitəsilə Türkiyəyə gedən Bolqarıstan boru kəmərindən istifadə
olunacaq. Yəni “Nabucco”nu bərpa etməyin mənası yoxdur. Bolqarıstan
baş nazirinin bu barədə açıqlaması daha çox siyasi bəyanat idi.
Buna görə də Azərbaycan Prezidenti bu məsələyə o qədər də ciddi
yanaşmadı”, - deyə ekspert bildirib.
İ. Şabanın fikrincə, bu bəyanat Avropa Komissiyası və Rusiyaya
təzyiq məqsədi daşıyır: “Hazırda Transxəzər boru kəmərindən bəhs
edilir və bununla Avropanın təminatının həll ediləcəyi deyilir.
Lakin Avropa Rusiya qazından da tam imtina etməyəcək. Məqsəd,
Rusiyadan alınan qazın qiymətinin minimuma endirilməsidir.
Bolqarıstanın iqtisadi vəziyyəti hazırda pisdir. Sofiya, sadəcə
olaraq, Avropa Komissiyasına mesajlar verir. Məqsəd yeni addımlar
atmaq və Brüsseldən pul almaqdır”.
Asif Nərimanlı
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq