• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Avropa Komissiyasında Xocalı soyqırımı ilə bağlı müraciətə baxılacaq

  • Nida.az
  • 6 Mart 2015 18:40
  • 334 Baxış
Avropa Komissiyasında Xocalı soyqırımı ilə bağlı müraciətə baxılacaq

Avropa Komissiyasında Xocalı soyqırımı ilə bağlı müraciətə baxılacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Avropa Komissiyası Benilüks Azərbaycanılılar Konqresinin (BAK) Xocalı soyqırımı ilə əlaqədar müraciətinə cavab verib. Qurumdan diaspor təşkilatına ünvanlanmış rəsmi məktubda Avropa Komissiyasında BAK-ın 13.02.2015-ci il tarixli müraciətinə baxılacağı bildirilir.

Sənəddə həmçinin qeyd olunur ki, Avropa Komissiyasının prezidenti Yan Klod Yunker Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi xanım Federika Moqereniyə BAK-ın Avropa institutlarına ünvanlanmış müraciətinə baxılmasını tövsiyə edib.

Xatırladaq ki, Benilüks Azərbaycanlılar Konqresi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Avropa institutlarının rəhbərlərinə və Avropa Parlamentinin 751 millət vəkilinə ünvanlanmış bəyannamə qəbul etmişdi. Bəyannamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törədilmiş kütləvi qırğınla bağlı faktlar Avropa parlamentarilərinin, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. BAK dünya ictimaiyyətinə müraciət edərək insanlığa qarşı törədilmiş Xocalı soyqırımını tanımağı və günahkarların cəzalandırılmasını tələb edib.

Müraciətdə, həmçinin Avropanın beynəlxalq təşkilatları və parlamentariləri öz nüfuzundan istifadə edərək bir milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqının öz torpağına təhlükəsiz qayıtmasını təmin etməyə çağırılıb.

Bəyannamə Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurasının prezidentlərinə, Birləşmiş Millətlər Təşkilatına, Niderland, Belçika, Lüksemburq parlamentlərinə və bir sıra beynəlxalq təşkilatlara göndərilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR