• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Xocalı soyqırımı əlili” - Təklif var

  • Nida.az
  • 18 Fevral 2014 14:53
  • 1 467 Baxış
“Xocalı soyqırımı əlili” - Təklif var

“Xocalı soyqırımı zamanı qətlə yetirilən soydaşlarımıza şəhid statusu verilib. Bu, düzgün addımdır. Çünki onlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olublar. Ancaq soyqırımı zamanı əlil olmuş insanlara milli münaqişə zəminində əlillik statusunun verilməsi doğru hal deyil. Çünki 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Ermənistan ordusu ağır texnika ilə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan etdi. Rusiyanın 366-ci motoatıcı alayının köməyi ilə 700-ə yaxın xocalılı qətlə yetirildi. Soyqırımı zamanı ağır hərbi zirehli texnikadan istifadə edilib. Ona görə də hesab edirəm ki, soyqırımı zamanı əlil olanlara “Xocalı soyqırımı əlili” statusu verilməlidir”.

Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev çıxış edib.

Deputat bildirib ki, hökumət bu məsələyə yenidən baxmalı, Xocalı soyqırımı zamanı əlil olmuş insanlara “Xocalı soyqırımı əlili” statusu verilməlidir: “Xocalı soyqırımı zamanı şəhid olanlar, əlil olanlar milli münaqişə zəminində zərər çəkməyiblər. O zaman Ermənistan Respublikası var idi. Onun ordusu formalaşmışdı. Bu soyqırımı da Ermənistan və Rusiya ordusu birgə həyata keçiriblər. Bu, onu göstərir ki, Xocalıda baş verənlər milli münaqişə zəminində deyil, Azərbaycanın müstəqiliyinə qarşı törədilən vandalizm siyasətidir. Biz bu soyqırımda əlil olanlara milli münaqişə zəminində əlil statusu verməklə bu dəhşətlərin miqyasını kiçiltmiş oluruq. İdeoloji baxımdan da doğru qiymətləndirmə deyil”.

Komitə sədrinin müavini qeyd edib ki, Azərbaycan dövləti Xocalı soyqırımının bütün dünyada tanınması üçün mümkün olan bütün addmları atır: “Ümummilli lider Heydər Əliyev bütün beynəlxalq tədbirlərdə bu məsələni daim qabardırdı. Prezident İlham Əliyev də bununla bağlı ciddi addımlar atır. Milli Məclis də bu sahədə xüsusi işlər aparır. Mən bu məsələdə Heydər Əliyev Fondunun gördüyü işləri xüsusilə vurğulamaq istərdim. Fondun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası bütün dünyada böyük rezonans yaradıb. Hesab edirəm ki, məhz bu fəaliyyətlərin nəticəsidir ki, artıq 10 ölkə Xocalı soyqırımını tanıyıb”.

Musa Quliyev qaldırdığı məsələnin həlli üçün Nazirlər Kabinetinə də müraciət edib: “Nazirlər Kabineti məsələyə yenidən baxmalı, Xocalı soyqırımı zamanı əlil olanlara “Xocalı soyqırımı əlili” statusu verməlidir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR