Nida.az
Vaşinqtondakı səfirimiz: “Allaha and olsun ki, Ermənistana...”
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonu strateji müttəfiqlərini daha səylə dəstəkləməyə çağırıb.
Publika.az xəbər verir ki, “Tribune - Review” nəşrinə müsahibə
verən səfir Azərbaycanın yerləşdiyi coğrafiyanın mürəkkəb olduğunu
diqqətə çatdırıb: “Azərbaycan Rusiya və İran arasında sıxışıb
qalıb, həmçinin, Yaxın Şərqdəki qeyri-sabit vəziyyətdən əziyyət
çəkir. Ümid edirik ki, Birləşmiş Ştatlar müttəfiqlərini daha güclü
şəkildə dəstəkləyəcək”.
E. Süleymanov Azərbaycanın separatizmlə üzləşdiyini bildirib.
“Biz separatizmlə üzləşmişik, ərazilərimizin əhəmiyyətli hissəsini
itirmişik. Biz bundan sonra vəziyyətin belə qalmasını istəmirik.
Birləşmiş Ştatlar separatizmin, ekstremizmin istənilən formalarını
müntəzəm şəkildə inkar etməli, buna qarşı çıxmalıdır”, - deyə səfir
bildirib.
Onun sözlərinə görə, diplomatiya şəxsi münasibətlərə bənzəyir:
“Azərbaycan uzun müddət regionda sabitliyin qorunması üçün ABŞ-a
dostcasına dəstək verib. Lakin Vaşınqton ona göstərilən münasibətə
adekvat münasibət göstərmir. Siz bizə deyə bilməzsiniz ki, bizə
lazım olanı edirik və sizdən nə xahiş ediriksə, onu mütləq
etməlisiniz. Bu işlər belə olmur”.
Qonşu Gürcüstan, Ukrayna və Moldovadakı separatizmdən danışan səfir
Azərbaycanın eyni proseslərlə 1988-ci ildən üzləşdiyini qeyd edib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal
olunub: “1994-cü ildən sonra atəşkəs rejimi tətbiq olunub. Lakin
indiyə qədər də öldürülənlər var. Ermənistanın işğalı nəticəsində
600 mindən artıq insan köçməyə məruz qaldı. Bu, bütöv bir nəslin
sürgünü deməkdir”.
E. Süleymanov Azərbaycanın bu gün Avropanın enerji təchizatında
mühüm rol oynadığına diqqət çəkib. Bununla yanaşı, Azərbaycan
Əfqanıstan və İraqda terrorizmə qarşı mübarizədə həmişə ABŞ-ın
yanında olub.
“Bunu amerikalı siyasətçilər də dilə gətirir. Biz müsəlman ölkəsi
olaraq, Kosovoya sülhməramlı göndərdik. Biz Amerikanın dostu kimi
münasibət görmək istəyirik. Lakin biz nikbinik. Çünki Azərbaycan öz
pulunu ağılla xərcləyir. Biz inkişaf edən varlı ölkəyik. Biz qonşu
ölkələrə də sərmayə qoyuruq və hətta Ermənistana da sərmayə yatıra,
partnyor ola bilərik. Əvəzində işğal olunmuş ərazilər azad
olunmalıdır. Biz iki dövlətin gələcək inkişafı haqda oturub danışa
bilərik. Allaha and olsun ki, biz Ermənistan iqtisadiyyatına
sərmayə qoya biləcək potensiala malikik”, - deyə o qeyd edib.
Asif Nərimanlı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO