Rusiya Prezidenti Əli Həsənovu və Oqtay Əsədovu təltif etdi
Bizi izləyin

Nida.az

Rusiya Prezidenti Əli Həsənovu və Oqtay Əsədovu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun və Milli Məclisin spikeri Oqtay Əsədovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, 2015-ci il martın 5-də imzalanmış fərman RF-nin hüquqi informasiya portalında dərc olunub.

Fərmanda bildirilir ki, Oqtay Əsədov və Əli Həsənov "Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində böyük töhfəyə" görə təltif ediliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm