Bu gün Əli Həsənovun yubileyidir
Bizi izləyin

Nida.az

Bu gün Əli Həsənovun yubileyidir

Bu gün Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun 55 illik yubileyidir.

Trend-in məlumatına görə, Əli Məhəmmədəli oğlu Həsənov 10 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kəndində anadan olub.

Tarix elmləri doktoru, professor Əli Həsənov ali təhsilini Moskva Dövlət Universitetində alıb.

1992-ci ilin mayından 1993-cü ilin dekabrınadək Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-cü ilin fevralından 1995-ci ilin sentyabrınadək Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-ci ilin sentyabrından 1996-cı ilin iyul ayınadək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdir müavini, 1996-cı ilin iyulundan 2005-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışıb.

1-ci dərəcəli dövlət müşaviri olan Əli Həsənov 19 iyul 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiridir. Prezident İlham Əliyevin sərəncamı ilə 23 fevral 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm