• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Oqtay Əsədov Suriyadakı böhranın həlli yolunu göstərdi

  • Nida.az
  • 18 Fevral 2014 16:26
  • 678 Baxış
Oqtay Əsədov Suriyadakı böhranın həlli yolunu göstərdi

Suriya və Fələstindəki böhranın həlli yalnız siyasi danışıqlar yolu ilə mümkündür və Azərbaycanın bu iki ölkədə baş verən proseslərlə bağlı mövqeyi problemin danışıqlar yolu ilə həll edilməsindən ibarətdir. Trend-in İran televiziyasının rəsmi xəbər saytı Iribnews-a istinidaən verdiyi məlumata görə, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bu gün Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında çıxışı zamanı deyib.

O.Əsədov bildirib ki, Parlament İttifaqı Konfransının Suriyadakı böhranın həlli istiqamətində qəbul edəcəyi qərar həlledici rol oynaya bilər.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan müsəlman ölkələrində təhlükəsizliyin təmin olunması sahəsində güclü mövqeyə malikdir: "İslamın müsəlmanlar və İslam ölkələri arasında qardaşlıq və həmrəylik simvolu olmasına inanırıq və bu potensialdan mövcud problemlərin həlli üçün istifadə etməliyik".

O bildirib ki, beynəlxalq məsələlərdə diplomatiya daha təsiredici rola malik olmalıdır: "İnanırıq ki, sülh və sabitliyin yaradılmasında parlamentlərarası əlaqələrin inkişafı əvəzolunmaz rol oynaya bilər".

O.Əsədov deyib ki, Azərbaycan hökuməti İslam Əməkdaşlıq Təşkilatı və İƏT Parlament İttifaqının inkişafına böyük əhəmiyyət verir.Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən spiker qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı 2008-ci ildə Azərbaycanın mövqeyinin dəstəklənməsində təsirli rol oynayıb. BMT məhz İslam ölkələrinin dəstəyi ilə Azərbaycanda münaqişəli vəziyyətin həllinə dair qətnamə qəbul edib: "Qarabağ problemi həm region, həm də digər dünya ölkələrinin təhlükəsizliyi üçün təhdiddir".

O.Əsədov Azərbaycan dövlətinin mövqeyini dəstəklədiyinə görə İslam Əməkdaşlıq Təşkilatına təşəkkür edib.

Qeyd edək ki, İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyası bu gün səhər Tehranda öz işinə başlayıb. Sabah başa çatacaq sessiyada 47 ölkədən nümayəndə heyəti, o cümlədən 26 parlament sədri iştrak edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR