• USD 1,7020 -0,01% EUR 1,9062 -0,37%
    • GBP 2,1922 -0,80% RUB 0,0300 -0,67%

Ömər Şişaninin emissarı Qafqazda: İŞİD bölgəyə dair planı işə salır – ŞOK

  • Nida.az
  • 10 Mart 2015 13:00
  • 1 172 Baxış
Ömər Şişaninin emissarı Qafqazda: İŞİD bölgəyə dair planı işə salır – ŞOK

İŞİD-in məşhur əmiri Ömər Şişaninin emissarı Şimali Qafqaza gəlib.


Publika.az çeçen saytlarına istinadən xəbər verir ki, Axmed Katayev adlı döyüşçü bölgədə məşhurdur. Ötən ay Suriyadan qayıdan Katayev bölgədə olması haqda videosüjet hazırlayıb.

Onun İŞİD-in Suriyadakı hərbi əmiri Ömər Şişaniyə yaxın olduğu deyilir. Katayev yayılan videoda özü bu haqda informasiya verib.


A. Katayev 2012-ci ildə Lopota dərəsi hadisələrinə görə həbs olunub. Lakin bir il sonra azadlığa çıxıb. Daha sonra o, Avstriyada qaçqın statusu alıb.

O, vaxtilə Doku Umarovun Şərqi Avropada emissarı kimi də fəaliyyət göstərib. Avstriyada sığınacaq alandan sonra Ukraynada həbs olunub. Bir müddət İsveç həbsxanasında yatıb. Daha sonra Suriyaya keçib. Hazırda Şimali Qafqazda olduğu deyilir. Katayev Suriyada Əhməd əl-Şişani kimi tanınır. Yayılan videoda o, özünü bu adla təqdim edir.


Qeyd edək ki, ötən ilin dekabrında Çeçenistanın Şərqi Qafqaz əmiri olaraq tanınan Makhran Saidov İŞİD lideri Əl-Bağdadiyə biət etdiyini bəyan edib.
Onun ardınca Şərqi Çeçenistanda mücahidlərin daha bir lideri Əbu Usamə də videoçıxış yayaraq İŞİD liderinə biət etdiyini açıqlayıb.

Bununla yanaşı, Dağıstanda “əmir Süleyman” Auxovski camaatı, həmçinin Əbu-Hatab Əl-Çərkəzinin liderliyi ilə bir qrup çərkəz İŞİD-i dəstəklədiklərini açıqlayıblar.


Bu günlərdə Rusiyanın etnologiya institutunun etnopolitik mərkəzinin əməkdaşı Əhməd Yarlıkapov İŞİD-in Qafqaz üçün ciddi təhlükə olduğunu açıqlayıb.


“İŞİD ideologiyası sürətlə Dağıstana ixrac olunur. Bu bölgədəki radikal qruplaşmaların komandirləri İŞİD-ə biət edirlər. Hesab edirəm ki, yerli güc əldə etməklə İŞİD taktikanı dəyişdirə və bölgədə daha təhlükəli terror aktları törədə bilər. Biz anlayırıq ki, İŞİD bu bölgədə nəzarət olunan əraziləri ələ keçirə bilməz. Amma terror hüceyrələrini yarada bilər. Bunu ciddi qəbul etmək lazımdır”, - deyə o qeyd edib.


Bir müddət əvvəl Dağıstanda yaşayan, adının açıqlanmasını istəməyən keçmiş kəşfiyyatçılardan birinin Publika.az-a şərhi də İŞİD-in Qafqazda fəallaşması baxımından maraqlı idi.


“İŞİD himayədarları bu terrorçu qurumun fəaliyyətini Şimali Qafqaza keçirməklə regionda qeyri-stabil vəziyyət yaratmaq istəyirlər. Hədəfdə Rusiyadır. İŞİD Şimali Qafqazda aktiv əməliyyatlara başlayarsa, istər-istəməz Rusiyanın bir çox layihələri sual altına düşəcək və Moskva diqqəti öz daxili vəziyyətinə yönəltməyə məcbur olacaq” , - deyə keçmiş kəşfiyyatçı iddia edib.


Asif Nərimanlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR