Nida.az
“Ermənilər bir şeyi anlamalıdır ki...” - 38 il öncə Sürixdə məxfi görüş
“1977-ci ildə Türkiyə xarici işlər naziri ilə üç erməni partiyası liderinin Sürixdə məxfi görüşü olub. Bu haqda ermənilər memuarlarında yazırlar. Lakin mən həmin görüşə şahidlik etmiş nazir köməkçisi Oktay Aksoyu tapdım. O sağdır və Ankarada yaşayır. Mən 1977-ci ili türklər və ermənilər üçün “qaçırılmış imkanlar” adlandıra bilərəm. Çünki o vaxt bir araya gəlinmişdi və mexanizm yaradıla bilərdi”.
Publika.az xəbər verir ki, bu barədə “Karneqi”
fondunun analitiki, britaniyalı jurnalist Tomas de Vall qondarma
“erməni soyqırımı” məsələsindən danışarkən deyib.
Onun sözlərinə görə, hazırda bu məsələyə görə böyük münaqişələrə
gərək yoxdur: “Hesab edirəm ki, türklər və ermənilər yenidən bir
araya gələ və həqiqətləri öz aralarında axtara bilərlər. Ermənilər
artıq anlamalıdırlar ki, böyük güclər “erməni məsələsindən” siyasi
vasitə kimi istifadə edir”.
T. Vall ABŞ prezidenti Barak Obamanın “soyqırım” ifadəsini
işlədib-işlətməyəcəyi haqda da danışıb.
“Ermənilər ABŞ prezidentinin bu ifadəni işlətməsini çox istəyirlər.
Vaxtilə Ronald Reyqan bu ifadəni işlədib. Lakin bu ifadənin
işlənməsi məsələnin hüquqi baxımından tanınması deyil. Bu mümkün
olmayan məsələdir. Hətta BMT-nin 1948-ci ildə qəbul olunan
soyqırımlarla bağlı konvensiyası da keçmişlə mübarizə aparmaq
mexanizminə malik deyil”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb