Nida.az
KXCP-də sədrə alternativ davası: “Mirmahmud bəyin missiyası bitməyib”
“KXCP-də hər kəs partiyanı idarə etmək qabiliyyətinə malikdir, lakin hazırda Mirmahmud bəyə alternativ namizəd görmürəm”.
Bunu Publika.az-a açıqlamasında Klassik Xalq
Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu partiya
daxilində “Demokratik Birlik” fraksiyasının M. Mirəlioğlunun
sədrlikdən getməsi haqda sözlərinə münasibət bildirərkən deyib.
Sədr müavini KXCP-nin üçüncü qurultaya hazırlaşdığını bildirib.
“Bu istiqamətdə bütün rayon şöbələrində müşavirələr keçirilir. 50
faizdən artıq rayon şöbələrində konfrans keçirəndən sonra
qurultayın gününü təyin edəcəyik. Hələlik qurultaya hazırlıq
mərhələsi gedir. KXCP həmişə gənclərə önəm verib və partiya hər
zaman gənclərlə işləyib. Partiyada demokratik ab-hava hökm sürür.
KXCP-də təşəbbüslər var və onların reallaşması üçün hər bir vasitə
var. Düşünürəm ki, hər bir KXCP üzvü partiyanı idarə etməyə
layiqdir. Amma KXCP sədri Mirmahmud Mirəlioğlu böyük demokratdır və
demokratik islahatları rəğbətlə qarşılayır. Mirmahmud bəy Rəsulzadə
- Elçibəy siyasi xəttinin davamçısı olaraq bu cameənin
liderlərindən biridir. Hesab edirik ki, sədr dəyişikliyi seçki ilə
həll olunmalıdır. Qarabağımız, dövlət, demokratik təmərküzləşmə
naminə bu proses bitmədiyindən Mirmahmud Mirəlioğlunun həm partiya
sədri, həm də şəxs olaraq missiyası var. O, partiyamıza və millətə
siyasət adamı kimi lazımdır”, - deyə o qeyd edib.
X. Teyyublunun sözlərinə görə, M. Mirəlioğlunun KXCP rəhbərliyində
dayanması siyasi vəzifə ambisiyasına görə deyil: “Mirmahmud
Mirəlioğlu milli dövlətçilik və gələcək üçün hamını bir yerə
toparlamaq gücündədir. Yaxın illər üçün KXCP-nin şərəfli
missiyasının aparılmasında ona ehtiyac var. Mirmahmud bəy bu
aspektləri nəzərə almalıdır. Onun KXCP sədri olaraq hələ görəcəyi
çox iş var”.
Sədr müavini “Demokratik Birlik” fraksiyasının üzvü Ədalət
Yusibovun və digər partiya üzvlərinin Azərbaycan Demokratiya və
Rifah (ADR) hərəkatında təmsil olunmasına da münasibət bildirib. O,
KXCP-də heç bir fraksiyanın olmadığını vurğulayıb: “Partiyamız
haqda hər söz deyilə bilər. Amma bu sözlərin heç bir əsası yoxdur.
KXCP-nin heç bir üzvü ADR-də təmsil olunmur. Hərəkatın sədri Qubad
İbadoğluna uğurlar arzulayırıq. Hərəkatdakı insanlar Azərbaycan
üçün nə isə etmək istəyirlər, bu, çox gözəl şeydir. KXCP üzvlərinin
ADR-də olması barədə deyilənlər isə yanlışdır. Ola bilsin
toplantılarında qonaq qismində iştirak ediblər. Amma KXCP üzvü
siyasi mövqeli hərəkatda olmamalıdır”.
Asif Nərimanlı
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO