“Elmlə məşğul olanların hər 100 nəfərdən 90-nı işbazdır”
Bizi izləyin

Nida.az

“Elmlə məşğul olanların hər 100 nəfərdən 90-nı işbazdır”

Səbəb isə bundan ibarətdir ki, istehsal sahibkarlığında mənfəəti gizlətmək çox çətin olur. Kommersiya sahibkarlığında isə bu mümkündür. Bu, birinci məqamdır. İkincisi, bir neçə ildir Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahibkarlığın ink

Teyyub Qənioğlu: “Onları nə təhsil, nə ölkənin, nə də gənclərin taleyi maraqlandırmır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Teyyub Qənioğlunun Publika.Az –a müsahibəsi

-Prezident İlham Əliyev sonuncu müşavirədə rüşvət və korrupsiyaya qarşı barışmaz olacağını növbəti dəfə bəyan elədi. Eyni zamanda, sahibkarlara qarşı məmur özbaşınalığından da danışdı və bunun aradan qaldırılması üçün tapşırıqlarını verdi. Bu sahədəki durumu necə şərh edərsiniz?

- Azərbaycan müstəqillik əldə edəndən sonra bazar iqtisadiyyatına keçid baş verdi. Və bir sıra sahələrdə sahibkarlıq yüksək surətdə inkişaf etməyə başladı. Xüsusilə də kommersiya sahibkarlığı sahəsində. İstehsal sahibkarlığı isə demək olar ki, zəif inkişaf elədi. Səbəb isə bundan ibarətdir ki, istehsal sahibkarlığında mənfəəti gizlətmək çox çətin olur. Kommersiya sahibkarlığında isə bu mümkündür. Bu, birinci məqamdır. İkincisi, bir neçə ildir Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahibkarlığın inkişafı dövlət tərəfindən maliyyələşdirilir. Ancaq yerlərdə bu vəsait bölüşdürülərkən ilk öncə qohumluq, yaxınlıq və sonra da rüşvət rol oynayır. Yəni, region üçün vacib olan layihələrə deyil, daha çox başqa qeyri-iqtisadi metodlara əsaslanaraq vəsaitlərin bölüşdürülməsi halları baş verir. Artıq bu, kütləvi hal alıb. Bu, birinci dəfə baş vermir. Hələ 2002-ci ilin sentyabrında mərhum prezident Heydər Əliyevin sahibkarlığa kənar müdaxilələrin qarşısının alınmasına dair bir sərəncamı oldu. Həmin sərəncamda bütün strukturlara ciddi tapşırıqlar verilmişdi və göstərilmişdi ki, sahibkarlığa kənar müdaxilələr aradan qaldırılsın. Ancaq buna baxmayaraq sərəncama əməl olunmadı. Prezident İlham Əliyev də dəfələrlə müxtəlif tədbirlərdə sahibkarlığa kömək və bu sahədə yaranmış mənfi halların aradan qaldırılması üçün çağırışlar edib, tapşırıqlarını verib.

Bir məsələni qeyd edim. Azərbaycanda həqiqətən beynəlxalq standartlara cavab verən qanunlar hazırlanır. Əgər bu qanunlara əməl olunsa, Azərbaycanda iqtisadi inkişaf bundan da artıq sürətlə gedə bilər. Məsələ bundadır ki, qanunlara, sərəncamlara çox vaxt əməl olunmur. Çünki qanunları pozanlar prezidentin sərəncamlarını icra etməli olan strukturlardır. Mən hesab edirəm ki, prezidentin çıxışından məmurlar nəticə çıxaracaqlar və işlərində dönüş yaradacaqlar.

-Mərkəzi Bankın maşınlara kredit qadağası əmlak bazarından da yan keçməyib. Yəni, bundan sonra ev almaq istəyən şəxs banka əmək haqqı barədə arayış təqdim etməlidir. Bu əməkhaqqı isə 600 manatdan yuxarı olmalıdır. Sizcə, bu nəyi dəyişəcək?

- Bunun kökündə yenə də şəxsi maraqlar durur. Yeni tikilən binanın üzərinə elan vururlar - 10 illik faizsiz kredit. Bu binanı inşa edən şirkət və yaxud kooperativ vətəndaşlarla müqavilə bağlayır. Müqavilə əsasında da ilkin ödəniş götürülür və yerdə qalan məbləğ də müəyyən müddətə bölünərək vətəndaşdan alınır. Mərkəzi Bankın əmlak bazarına qadağasının kökündə vətəndaşların ödənişi banklar vasitəsilə aparılması dayanır. Bu isə heç də o demək deyil ki, burda vətəndaşın mənafeyi qorunur.

Azərbaycanda ciddi təbəqələşmə gedir. Bunun da nəticəsində ölkədən əhali axını baş verə bilər. Belə ki, gənclər sosial və mənzil problemlərini həll edə bilməyəndə məcbur olacaq ki, digər ölkələrə üz tutsunlar. Baxın, bizim mentalitetə görə, 22-23 yaşlı qızlarımız ailə qura bilməyəndə onları qocalmış hesab edirdik. Ancaq bu gün bizim yüz minlərlə 30 yaşdan yuxarı qız və oğlanımız var ki, ailə qurmayıblar. Bunun da səbəbi iş yerinin, mənzilin olmamasıdır. Qısası, baş verənlər o deməkdir ki, kasıb təbəqənin mənzil alması daha da çətinləşəcək.

-İpoteka kreditlərinin verilməsində yeniliklərin olacağı haqda dəfələrlə məlumatlar verilib. Ancaq bir ildən də artıq vaxt keçməsinə baxmayaraq verilən vədlərin heç biri reallaşmayıb.

- Bilirsiniz nə üçün ipoteka kreditlərinin şərtlərini yumşaltmaq istəmirlər? Bunun bir cavabı var - bank sektorunun sahibləri vəsaitlərin uzun müddətə kreditlə verilməsində maraqlı deyillər. Həmin insanları nə təhsil, nə ölkənin, nə də gənclərin taleyi maraqlandırmır. Onların yeganə maraqları vəsaitlərin əldən verilməməsidir. Bir məsələni qeyd edim, Bakıda sovet vaxtında hər addımbaşı kitab dükanları vardı. Bu gün isə həmin dükanlardan əsər-əlamət yoxdur. Ən yaxşı halda həmin kitab dükanlarını zirzəmilərdə görə bilərsiniz. Akademiyanın Rəyasət Heyətinin qarşısında böyük bir kitab dükanı vardı. Yarısını bölüb kommersiya strukturu elədilər. Digər yarısını da təmir adı ilə bağladılar və kitabxananı zirzəmiyə köçürdülər. Yenə də oranı kommersiya strukturu elədilər. Elmə, təhsilə bu cür münasibət varsa, gənc ailəyə hansı münasibətdən danışmaq olar?

- Bir neçə gün bundan əvvəl mətbuatda informasiya verildi ki, 65 yaşından yuxarı olan alimlər Milli Elmlər Akademiyasından uzaqlaşdırılacaq. Bu nə qədər düzgün addım sayıla bilər?

- Alimin elmdə məhsuldar dövrü 60-65 yaşı arasında olur. Sovet hökumətinin dövründə Ali Attestasiya Komissiyası vardı. İnstitutun elmi şuraları elmlər namizədi və doktorluq dissertasiyalarını təsdiq edib Moskvaya Ali Attestasiya Komissiyasına göndərirdilər. Bu qurum da öz növbəsində elmi şuranın qərarını təsdiqləyirdi. Məsələn, siz yanvar ayında müdafiə etmisiniz və elmi şura sizə elmlər namizədi adını verib.

Üç ay müddətində Ali Attestasiya Komissiyası göndərilən elmi işi təsdiq edirdi və bu ayların əməkhaqqı fərqi maaşa əlavə olunurdu. Yəni, Ali Attestasiya Komissiyası elmi dərəcə vermirdi. Elmi şuraların verdiyi elmi dərəcələri təsdiqləyirdi. Bizim Ali Attestasiya Komissiyasının əsasnaməsində isə göstərilir ki, komissiya elmi adlar verir. Bir sözlə, elmi şuralar qalıb bir kənarda. Əgər 2013-cü ilin yanvarında müdafiə edirsənsə 2014-cü ildə Ali Attestasiya Komissiyası bunu təsdiqləyirsə, deməli 12 ayın əməkhaqqı bir kənarda qalır. Bu gün elmi iş götürüb müdafiə etmək istəyən şəxs o qədər bürokratik əngəllərlə qarşılaşır ki, sonda bezir. Birinci bu vəziyyəti aradan qaldırmaq lazımdır. Həmin bürokratik əngəlləri törədənlər elmdən xəbəri olmayanlardır. Əsil alim, əsil ziyalı elmə bu cür münasibət göstərməz. Əmək Məcəlləsindəki dəyişikliyə görə, yaş senzi dövlət qulluğunda olan adamlara aiddir. Bunun elmə nə aidiyyəti ola bilər? Sovet dövründə bizim rayonda bir müəllim vardı. Bu müəllim savadlı, həqiqəti sevən və haqqını tələb edən biri idi. Onu işdən çıxardılar. Hara müraciət etdisə xeyri olmadı. Sonda Brejnevə məktub yazdı: - “Yoldaş Brejnev, siz də kommunistsiniz, mən də. Necə olur ki, 75 yaşında bu boyda SSRİ-ni idarə edə bilirsiniz, mən isə 63 yaşında 20 şagirdi idarə edə bilmirəm?”. Bundan sonra həmin müəllimi çağırırlar və deyirlər ki, “sən demaqoqun birisən, gəl işini davam etdir”.

-Təqaüdə çıxan alimlər necə yaşasınlar? Onlara verilən təqaüd hansı problemlərini həll etməyə yetər?

-Özüm iqtisadçı olduğum üçün deyə bilərəm ki, iqtisadiyyat sahəsində elmlə məşğul olanların hər 100 nəfərdən 90-nı işbazdır. Həmin o 90 nəfərə elmi iş yazanlar da alimlərdir. Çünki onlar pul qazanmaq üçün dissertasiya yazmaqla məşğuldurlar.

-“Asan Xidmət”in fəaliyyətini necə qiymətləndirmək olar?

-Birmənalı olaraq deyə bilərəm ki, “Asan Xidmət”in yaradılması xalqın çiyinlərindən tonlarla yükü götürüb. Bürokratik əngəllər, süründürməcilik azalıb, rüşvət halları aradan qaldırılıb. Əslində “Asan Xidmət”in yaradılması əhali arasında hakimiyyətə inamı bir qədər artırıb. Əhali dərk edir ki, dövlət rəsmləri dediklərinə əməl eləsələr normal yaşayış mümkündür. “Asan Xidmət”in yaradılması sübut etdi ki, xalqın qayğısına qalaraq qərarlar veriləndə, bu qərarlara nəzarət olunub yerinə yetirilməsi hayata keçiriləndə doğrudan da millət rahat nəfəs ala bilər. Azərbaycanın bütün bölgələrində “Asan Xidmət”in açılmasına nail olmaq lazımdır.

Sizə bir məsələni deyim, BAXCP-ni digər partiyalardan fərqləndirən bir neçə cəhət var. Bizim partiya Azərbaycanda baş verən proseslərə ağ-qara müstəvisindən baxmır. Hər şeyin olduğu kimi göstərilməsinin tərəfdarıyıq. Baş verən proseslər müsbətdirsə qiymətləndirmişik, mənfidirsə, mənfi tərəflərini tənqid etmişik. “Asan Xidmət”in yaradılması isə doğrudan da bir yenilikdir. Həm də insanların həyatlarını yaxşılaşdıran, işlərini asanlaşdıran bir yenilikdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm