Nida.az
“Qətl buna hesablanmışdı, martın 1-də...” – SENSASİYALI AÇIQLAMA
Azərbaycanlı politoloq Rusiya müxalifətinin
liderlərindən olan Boris Nemtsovun qətlinə dair sensasiyalı şərh
verib.
Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov Publika.az-a açıqlamasında bu qətldə Rusiya prezidenti Vladimir Putini devirmək istəyənlərin maraqlı olduqlarını deyib: “Martın birində sağçıların mitinqi təyin edilmişdi və buna az qalmış Nemtsov öldürüldü. Qərara alınmışdı ki, qətlin məsuliyyəti Putinin üstündə qalsın və milyonlarla narazı insan küçələrə tökülsün. Bununla da, Putinin hakimiyyətinin sonu gəlsin”, - deyə politoloq qeyd edib.
Politoloqun fikrincə, bu qətl birbaşa xüsusi xidmət orqanlarının
əməliyyatıdır: “Bütün planlar ciddi şəkildə strateji məqsəd
daşıyıb. Necə olur ki, təxribat zamanı Nemtsovun yanındakı qadın
öldürülmür? İstənilən halda bu müəmmadır və o qadın danışsa, hər
şey aşkar olacaq”.
A. Məmmədov Nemtsovu Putinin rəqiblərinin öldürdüyünü düşünür.
Cinayətdə çeçenlərin adının hallanmasına gəldikdə isə, A. Məmmədov
killerin milliyyətinin olmadığını deyib: “Bunu kimsə etməli idi və
etdi. Sadəcə, çeçen adı altında müsəlman ifadəsinin hallanması dini
hisslərin də qızışdırılmasına hesablanıb”.
Asif Nərimanlı
-
Qarabağ 17:13
Xankəndidə 30 ildən sonra bir ilk yaşandı - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ