ABŞ səfiri: "Azərbaycanlı girovların azad edilməsi humanitar jest olardı"
Bizi izləyin

Nida.az

ABŞ səfiri: "Azərbaycanlı girovların azad edilməsi humanitar jest olardı"

"Dağlıq Qarabağda ermənilər tərəfindən saxlanılan azərbaycanlı girovların azad edilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda irəliləyiş üçün əhəmiyyətli addım ola biləcək humanitar jest olardı".

Trend-in məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta işğal edilmiş Dağlıq Qarabağda azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı qurulmuş qondarma "məhkəmə prosesi"ni şərh edərkən bildirib.

Onun sözlərinə görə, dövlət katibinin köməkçisi Viktoriya Nuland Ermənistana səfəri zamanı bu məsələni qaldırıb.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib ki, Ermənistan tərəfindən D.Əsgərov və Ş.Quliyev üzərində təşkil olunmuş “məhkəmə prosesi”nin heç bir hüquqi əsası yoxdur və qəbul edildiyi iddia edilən “qərar”lar da heç bir hüquqi mahiyyət kəsb edə bilməz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm