• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rasim Musabəyov: “Konqresdə erməni lobbisinin əksər hissəsi “oğrulardan” formalaşır”

  • Nida.az
  • 10 Mart 2015 21:48
  • 486 Baxış
Rasim Musabəyov: “Konqresdə erməni lobbisinin əksər hissəsi “oğrulardan” formalaşır”

ABŞ-da erməni lobbisinin əsas tərəfdarlarından olan senator Robert Menendez Dominikan Respublikasından həddi-buluğa çatmamış fahişələrin fırıldaq yolu ilə tibbi sığortadan keçməsi və ABŞ-a daxil olmasında ittiham olunur. Senatora korrupsiya faktı ilə cinayət işi açılıb.

R. Menendez bundan əvvəl də şəxsi həyatı ilə gündəmə gəlib.


Publika.az xəbər verir ki, faktı şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov zaman-zaman Azərbaycanı tənqid edən Menendezin özünün əxlaq baxımından qüsurlu və kriminal həyatı olduğunu deyib: “Bu ABŞ-ın siyasi həyatından kiçik bir epizoddur. Məsələ ondadır ki, Menendez təkcə Konqresdə güclü erməni tərəfdarı kimi məşhur deyil. O, Azərbaycana qarşı daim qərəzli tənqidlər səsləndirir, ölkəmizdə insan haqlarının pozulduğuna, korrupsiyanın olduğuna dair cəfəng fikirləri gündəmə gətirirdi. Anti-Azərbaycan dinləmələrinin əsas təşkilatçılarından biri də o idi. İndi isə korrupsioner, əxlaqsız və kriminal həyatı olan şəxsin Menendezin özü olduğu aydın olur”.


Lakin R. Musabəyov buna təəccüblənməyin lazım olmadığını deyib.


“Konqresdə erməni lobbisinin əksər hissəsi məhz belə insanlardan formalaşır. Menendez yalnız Azərbaycanı qərəzli tənqidlərinin hədəfi seçməmişdi. Hansı ölkə onu “yağlamırdı”, həmin ölkələr də hədəfdə idi. Lakin bu hər şeyin bitdiyi demək deyil. Orda başqaları da var. Menendezin hadisəsi Konqresdə bir oğrunun digər “oğrunu tut” deyə qışqırmasına bənzəyir”, - deyə millət vəkili bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR