Prezident sərəncam verdi
Bizi izləyin

Nida.az

Prezident sərəncam verdi

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2015-ci il 24 fevral tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, Miqrasiya Məcəlləsinin 21.2-ci maddəsində “informasiya ehtiyatı, poçt” sözləri “informasiya ehtiyatı” sözləri ilə əvəz edilib. Müvafiq qanun 2015-ci il aprelin 1-dən qüvvəyə minir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm