Azərbaycan və Pakistan prezidentləri bəyanatla çıxış etdilər (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

Azərbaycan və Pakistan prezidentləri bəyanatla çıxış etdilər (YENİLƏNİB)

Martın 11-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin geniş tərkibdə görüşü olub.

Publika.az xəbər verir ki, görüş başa çatdıqdan sonra Azərbaycan-Pakistan sənədlərinin imzalanması mərasimi olub.

Sənədlərin imzalanması mərasimindən sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn mətbuata bəyanatlarla çıxış ediblər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Pakistan Prezidenti Məmnun Hüseynin şərəfinə ziyafət verilib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Pakistan Prezidentinin xanımı Bequm Sahiba ziyafətdə iştirak ediblər.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm