Nida.az
Mehriban Əliyevaya “Hilal-e-Pakistan” ordeni verildi - FOTO (YENİLƏNİB)
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın “Hilal-e-Pakistan” ordeni təqdim olundu.
Publika.az-ın məlumatına görə, martın 11-də mətbuata bəyanatlardan
sonra Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn
tərəfindən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya
Pakistanın ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordeninin
təqdim edilməsi mərasimi oldu.
Əvvəlcə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
“Hilal-e-Pakistan” ordeni ilə təltif edilməsi barədə müvafiq qərar
oxundu.
Qərarda deyilir: “Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
2004-cü ildə Heydər Əliyev Fondunun prezidenti təyin edilmişdir.
Fond təhsil, səhiyyə, mədəniyyət, idman, ətraf mühit və digər
sahələrdə müxtəlif layihələr həyata keçirərək Azərbaycanın
sosial-iqtisadi inkişafına töhfələr verir. Fondun fəaliyyəti
tədricən dost ölkələri, o cümlədən Pakistanı da əhatə etməyə
başladı. 2005-ci ilin oktyabrında Pakistanda zəlzələ baş verdikdən
sonra Fond 2007-ci ildə Müzəffərabadın Rara qəsəbəsində zəlzələ
nəticəsində dağılmış qızlar məktəbinin tikintisi kimi müxtəlif
humanitar layihələrdə fəal iştirak etmişdir. 2011-ci ildə daşqınlar
nəticəsində zərər çəkmiş məktəb 2012-ci ildə tam şəkildə yenidən
qurulmuş, təmir və təchiz edilmiş, davamiyyəti ilə seçilmiş
tələbələrə isə təqaüdlər verilmişdir. 2012-ci ildə hepatit B
peyvəndi İslamabadda Edhi və KPK kimsəsiz evlərinə çatdırılmış, 40
min nəfərə yaxın şəxsə həmin peyvənd vurulmuşdur. Fond, həmçinin
qanköçürmə məqsədilə Həmzə Fonduna tam təchiz edilmiş təcili tibbi
yardım maşınını və 2000 qan paketini çatdırmış, Peşəvərdə Xayber
Göz Fondunun klinikasının yeni blokunun tikintisinə maliyyə yardımı
ayırmışdır. 2013-cü ildə isə Fond Azərbaycanın 12 nüfuzlu
universitetində pakistanlı tələbələr üçün sosial elmlər üzrə
universitetlərarası konsorsiuma 36 təqaüd ayırmışdır.
Pakistanda göstərdiyi xidmətlərə, eləcə də verdiyi böyük töhfəyə görə Pakistan İslam Respublikasının Prezidenti Mehriban xanım Əliyevanın “Hilal-e-Pakistan” ordeni ilə təltif etməkdən məmnundur”.
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordenini təqdim etdi.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edərək dedi: “Pakistan İslam Respublikasının ali dövlət mükafatı – “Hilal-e-Pakistan” ordeni ilə məni təltif etdiyinizə görə, cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm”.
Mehriban Əliyeva bildirib ki, Azərbaycan ilə Pakistanı tarixi və
mədəni köklərə əsaslanan möhkəm dostluq, əməkdaşlıq və strateji
tərəfdaşlıq münasibətləri birləşdirir: “Ölkələrimiz bir çox
sahələrdə əməkdaşlıq edir və əminəm ki, Azərbaycana etdiyiniz səfər
bu əlaqələrimizin gələcək inkişafında mühüm rol oynayacaq.
Çox şadam ki, Heydər Əliyev Fondu xalqlarımızın iradəsini ifadə
edən dostluq münasibətlərimizin, ölkələrimiz arasındakı mövcud
humanitar əlaqələrin daha da genişləndirilməsi istiqamətində
ardıcıl səylər göstərir. Bir sıra mühüm layihələr və xeyriyyə
proqramları Pakistanın müxtəlif yerlərində icra olunur. Çox
fərəhlənirik ki, birinci layihəmiz – Müzəffərabadda 2005-ci ilin
oktyabrında güclü zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin
tikintisi çox uğurlu olmuş və gələcək əməkdaşlığımız üçün yaxşı
əsas yaratmışdır”.
Birinci xanım çıxışında qeyd edib ki, fond təhsil, səhiyyə və
sosial sahələrdə layihələr həyata keçirir: “Pakistanın müxtəlif
yerlərində bütün layihələrin icrası zamanı biz yerli əhalidən güclü
dəstək aldıq və beləliklə, ikitərəfli münasibətlərimizin ayrılmaz
hissəsi olan insanlar arasında təmasların geniş formatını
qurduq.
Heydər Əliyev Fondunun prezidenti olaraq fərəhlənirəm ki,
Fondumuz ölkələrimiz arasında qardaşlıq münasibətlərinin
gücləndirilməsinə töhfə verir. Ümidvaram ki, hər iki Prezidentin
dəstəyi ilə Pakistandakı fəaliyyətimiz davam edəcək.
Bu fürsətdən istifadə edərək ölkənizin xalqına böyük hörmətimi
ifadə etmək istəyirəm. Bütün bu illər ərzində ölkənizdə çoxlu sayda
yaxşı dost qazanmışıq. Cənab Prezident, fəaliyyətimizə verdiyiniz
bu cür yüksək qiymətə görə bir daha minnətdarlığımı bildirmək
istəyirəm”.
Mərasimin sonunda Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Pakistan Prezidenti Məmnun Hüseyn və xanımı Bequm Sahiba xatirə şəkli çəkdirdilər.
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO