• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Uruqvay XİN: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin qətnamələri yerinə yetirilməlidir

  • Nida.az
  • 12 Mart 2015 09:40
  • 400 Baxış
Uruqvay XİN: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin qətnamələri yerinə yetirilməlidir

11 mart tarixində Milli Məclisin Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Cavanşir Feyziyevin rəhbərliyi ilə parlament nümayəndə heyəti Uruqvay Şərq Respublikasında səfərdə olub. Nümayəndə heyətinə, habelə millət vəkilləri Muxtar Babayev, Asim Mollazadə, Fuad Muradov və Aslan Cəfərov daxil olublar.

Azərbaycanın Respublikasının Uruqvaydakı diplomatik missiyasından Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Uruqvay Şərq Respublikasının vitse-prezidenti, Baş Assambleyasının və Senatının sədri Raul Sendic tərəfindən qəbul edilib. C.Feyziyev Uruqvayın vitse-prezidentini Uruqvayda keçirilmiş seçkilərdəki qələbəsi və qısa müddət öncə vəzifəsinə başlaması münasibətilə Milli Məclisin rəhbərliyi adından təbrik edib. Təbrikə görə təşəkkür edən Uruqvayın vitse-prezidenti növbəti illər ərzində Uruqvay-Azərbaycan arasında əlaqələrin inkişafı üçün lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. Görüşdə iki ölkə arasında iqtisadi-ticarət, enerji, kənd təsərrüfatı, humanitar sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğu bildirilib və mövcud imkanlardan bəhrələnmək üçün birgə fəaliyyət planları müzakirə olunub. Azərbaycan parlamentarları ölkəmizin inkişaf strategiyası, son illərdə sosial-iqtisadi sahələrdə əldə etdiyi yüksək nailiyyətlər, regional siyasətdəki rolu, qlobal enerji təhlükəsizliyinə, mədəniyyətlərarası dialoqa verdiyi töhfələr barədə məlumat veriblər.

Səfər vaxtı Azərbaycan parlament nümayəndə heyəti Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri Alexnadro Sanches ilə də görüşüblər. Millət vəkili C.Feyziyev parlament seçkilərində qələbəsi və yaxın günlərdə yeni vəzifəsində fəaliyyətə başlaması münasibətilə Milli Məclisin rəhbərliyinin təbriklərini R.Sanchesə çatdırıb.

Azərbaycanın Latın Amerikası ölkələri ilə əlaqələrinin inkişafı çərçivəsində Uruqvayla əməkdaşlığa diqqət göstərməsi, bu xüsusda Montevideoda diplomatik missiyasının təsis olunduğunu bildirən C.Feyziyev ölkəmizin bütün sahələrdə Uruqvayla əlaqələrin inkişafına hazır olduğunu deyib. Təbriklərə görə təşəkkür edən və Azərbaycan nümayəndə heyətinin Uruqvaya səfərə gəldiyinə görə məmnunluğunu bildirən A.Sanches ölkəsinin də Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğu və iki ölkə arasında bir-birini tamamlayan imkanlardan bəhrələnməyin hər iki ölkənin xalqlarının mənafeyinə xidmət göstərdiyini deyib. Görüşdə Azərbaycan-Uruqvay arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları, eyni zamanda regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. R.Sanches Uruqvayın sülhpərvər ölkə olduğunu və ənənvi olaraq dövlətlərin suverenliyinə hörmət və münaqişələrin sülh yolu ilə həlli mövqeyindən çıxış etdiyini deyib.

Görüşlərin ardınca Uruqvay parlamenti tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib.

Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşdə Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişafı üçün birgə fəaliyyət istiqamətləri müzakirə edilib. Azərbaycanı Uruqvay üçün dost ölkə adlandıran nazir R.N.Novoa iki ölkənin beynəlxalq məsələlərə münasibətdə oxşar baxışlara malik olmasını, beynəlxalq təşkilatlar, xüsusilə də BMT çərçivəsinə səmərəli əməkdaşlığının mövcudluğunu, habelə bir-birini tamamlayan iqtisadiyyatlara malik olmasını əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli əsaslar kimi xarakterizə edib və Uruqvay hökumətinin Azərbaycanla növbəti illər ərzində əlaqələrin inkişafı istiqamətində çalışmağa hazır olduğunu deyib. Görüşdə regional məsələlər, xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb. Nazir R.N.Novoa Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə Uruqvayın mövqeyini açıqlayaraq bildirib ki, münaqişə beynəlxalq hüquqa uyğun olaraq həll edilməli, münaqişə ilə bağlı BMT TŞ-nin qətnamələri yerinə yetirilməli, bir ölkə tərəfindən digər ölkənin ərazisinin silahlı işğalına yol verilməməli və münaqişənin nizamlanmasında dövlətlərin ərazi bütövlüyü prinsipi əsas götürülməlidir.

Uruqvayın məsələ ilə bağlı mövqeyinə görə təşəkkürünü bildirən Azərabycan tərəfi münaqişənin nizamlanmasının bölgədə davamlı və möhkəm sülhün bərqərar olunması, əməkdaşlıq, interqrasiya və hərtərəfli inkişafın təmin edilməsinə verəcəyi töhfələrdən danışıb.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Uruqvay neft şirkəti olan ANAP-ın rəhbərliyi ilə görüşərək, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR