Nida.az
“AŞPA Baş Katibinin bu səlahiyyəti ləğv olunsun” – Elxan Süleymanovdan sərt müraciət
AŞPA Siyasi Məsələlər Komitəsinin “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” üzrə məruzəçisi cənab Robert Volter 12-13 mart 2015-ci il tarixlərində Bakıya rəsmi səfər edir. Səfərlə bağlı AŞPA-nın rəsmi internet resursunda yerləşdirilmiş məlumatın mətnində ciddi yanlışlığa yol verilib, məruzənin adı Dağlıq Qarabağ münaqişəsi kimi qeyd olunub.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Elxan
Süleymanov bununla bağlı AŞPA prezidenti xanım Ann Brassörə, AŞ
Bürosunun üzvlərinə, AŞ baş katibi Torbyörn Yaqlanda, AŞPA baş
katibi Voysix Saviçkiyə və məruzəçi Robert Volterə etiraz məktubu
ünvanlayıb.
Publika.az xəbər verir ki, məktubda gələcəkdə belə
sui-istifadə hallarının qarşısını almaq üçün qurumun rəsmi internet
resursunun idarə edilməsi səlahiyyətinin AŞPA baş katibindən
alınaraq, müstəqil ekspertlərə verilməsi təklif olunub.
“AŞPA-nın plenar iclası 2 sentyabr 2014-cü ildə “Azərbaycanın
Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin
artması” adlı qətnamə layihəmin məruzə üçün Siyasi Məsələlər
Komitəsinə göndərilməsi barədə Büronun verdiyi qərarı təsdiqlədi.
Büronun bütün üzvlərinin yadındadır ki, bu qərar verilməzdən əvvəl
Büroda olduqca ciddi müzakirələrlə yadda qalan bir neçə iclas
keçirildi. AŞPA-nın baş katibi tərəfindən dəfələrlə əbəs yerə bir
çox prosedur maneələri yaradıldı. Bundan əlavə, məruzənin dəqiq
başlığı yeni və daha ciddi müzakirə mövzusu idi. Erməniləri
dəstəkləyənlər, xüsusilə baş katib başlığı “Dağlıq Qarabağ
münaqişəsi”nə qısaltmağı təkid edirdi. Bu isə həm işğal
edilmiş ərazilər reallığına, həm də bu məsələ ilə bağlı hazırkı
beynəlxalq mövqeyə zidd idi.
Xeyli sərt müzakirələrdən sonra Büronun böyük əksəriyyəti “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” başlığını dəstəklədi. Başlıq plenar iclasda təsdiqləndi və Komitədə ermənilərin yenidən başlığı dəyişmək cəhdi rədd edildi. Aidiyyəti bütün tərəflərin həmin mübahisələrə verdiyi böyük əhəmiyyət bir daha sübut edir ki, mətbuatda başlığın dəqiq sitat gətirilməsi bu məruzənin konteksti üçün xeyli vacibdir. Təəssüf ki, AŞPA administrasiyasının yaddaşı zəifdir.
Bir neçə ay sonra, 6 mart 2015-ci ildə AŞPA-nın xəbər saytında elan edilir: AŞPA məruzəçisi Azərbaycana faktaraşdırıcı səfər edəcək: Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Volter (Birləşmiş Krallıq, EC) Dağlıq Qarabağ münaqişəsi məsələsinə dair hazırlayacağı məruzə kontekstində 12-13 mart 2015-ci ildə Bakıya faktaraşdırıcı səfər edəcək. Cənab Volter qaçqın və məcburi köçkünlər, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan vətəndaş cəmiyyəti nümayəndələri və beynəlxalq ictimaiyyətlə görüşlər keçirəcək”.
AŞPA-nın bütün xəbər materiallarında hər zaman yeni məruzənin tam və düzgün adı verildiyi halda, bu dəfə “unudulub”. Bundan əlavə, məhz baş katibin üstünlük verdiyi “Dağlıq Qarabağ münaqişəsinə dair…” başlığının məqalədə yenidən iki dəfə qeyd edilməsi qəribə təsadüfdür. Halbuki onun öz iştirakı ilə gedən sərt müzakirələrdən sonra məhz bu başlıq dəfələrlə açıq-aydın rədd edilmişdi” deyə məktubda qeyd olunub.
E. Süleymanov əlavə edib ki, AŞPA-nın saytında xəbərlər səhifəsinin
baş redaktoru kimi baş katib ictimaiyyətin qurum barədə nəyi və
necə öyrənməli olması məsələsində müstəsna səlahiyyətə malikdir:
“Lakin qəbuledilməz məqam odur ki, bir “bitərəf” əməkdaş bu
səlahiyyətdən sui-istifadə edərək, şəxsi siyasi proqramını ifadə
edir, Büro, plenar iclas və Komitənin uzun müzakirələrdən sonra
qəbul etdiyi rəsmi və həlledici qərarlara qarşı çıxır. O, həmin
məqalənin müəllifi olmadığını iddia etsə belə, baş katibin sayt
üçün bütün materialları diqqətlə nəzərdən keçirdiyi və təsdiqlədiyi
AŞPA-da yaxşı məlumdur. Şübhəsiz, administrasiya rəhbəri kimi, bu
məsələdə yekun məsuliyyət istənilən halda onun üzərindədir. Biz,
deputat kimi, AŞPA ictimai mediasının belə siyasi sui-istifadəsi
qarşısında gücsüzük. Biz bu gün AŞPA Prezidentindən AŞPA
administrasiyasının rəhbərini bu məsələdə qaydalara riayət etməyə
çağırmasını xahiş edirik. Eyni zamanda, məruzəçi cənab Volterdən
çaşqınlığa düşməməyi və həm mediada, həm də məruzəsində hər zaman
tam başlığı qeyd etməyi xahiş edirəm”.
Azərbaycanlı millət vəkili Büronun bütün üzvlərinə bu səlahiyyəti
baş katibdən alaraq, kollegial razılıqdan sonra xəbərləri redaktə
edən, AŞPA-da verilmiş qərarların təqdim edilməsi və hüquqi
tərəfləri sahəsində bacarığı olan müstəqil mütəxəssislərə verməyi
təklif edib.
“Mənimlə razılaşarsınız ki, demokratiya evində belə mühüm
səlahiyyət yalnız bir nəfərin əlində olmamalıdır”, - deyə o diqqətə
çatdırıb.
Asif Nərimanlı
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ