Nida.az
Rasim Musabəyov: “Bakı Avropada İslamabadın dayağı ola bilər”
“Azərbaycan Türkiyə ilə birgə Avropa və Yaxın Şərqdə İslamabadın dayağı ola bilər”.
Publika.az xəbər verir ki, bu barədə Milli
Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər
komitəsinin üzvü, politoloq Rasim Musabəyov Pakistan prezidenti
Məmnun Hüseyninin Azərbaycana səfərini şərh edərkən deyib.
R. Musabəyov Pakistanın Azərbaycanın müstəqilliyini tanımış ilk
dövlətlərdən olduğuna diqqət çəkib: “Pakistan prezidentinin
Azərbaycana səfəri davam edir. Bu dost ölkənin liderini
salamlayıram. BMT Təhlükəsizlik Şurasında məhz Pakistanın sədrliyi
vaxtında Azərbaycanın işğal olunmuş ərazilərindən erməni hərbi
birləşmələrinin çıxarılması haqda məşhur 4 qətnamə qəbul
olunub”.
Politoloq Pakistanın müsəlman ölkələri arasında əhalisinin sayına
görə ikinci dövlət olduğunu bildirib.
“Pakistan müsəlman ölkələri arasında nüvə silahına sahib olan
yeganə dövlətdir. Bu ölkənin hərbi sənaye kompleksi kifayət qədər
inkişaf edib. Azərbaycan üçün Pakistan Hind subkontinenti
regionunda ən yaxın partnyordur. Biz Türkiyə ilə birgə Avropa və
Yaxın Şərqdə İslamabadın dayağı ola bilərik. Bu baxımdan, Bakı və
İslamabad arasında strateji əməkdaşlıq haqda razılaşmanın
imzalanması qarşıdakı müttəfiqliyi gücləndirə bilər”, - deyə R.
Musabəyov qeyd edib.
Asif Nərimanlı
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR