• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ABŞ-ın 47 senatoruna 3 il həbs cəzası tələbi - NONSENS

  • Nida.az
  • 12 Mart 2015 14:15
  • 376 Baxış
ABŞ-ın 47 senatoruna 3 il həbs cəzası tələbi - NONSENS

Ağ Evin rəsmi internet səhifəsində İranın liderlərinə açıq məktub göndərən 47 respublikaçı senatorla bağlı imza kampaniyası başlayıb.

Publika.az xəbər verir ki, saytda yerləşdirilən müraciətdə senatorların vətən xainliyi maddəsi ilə mühakimə olunması tələb edilir.

Senatorlarla bağlı müraciəti imzalayanların sayı 2 gün ərzində 190 minə çatıb. Halbuki 30 gün ərzində 100 min imza tələb olunur.

Müraciətdə “9 mart 2015-ci ildə ABŞ-ın 47 senatoru 1799-cu ildə qəbul edilən və səlahiyyətləri olmayan vətəndaşların xarici hökumətlərlə müzakirələr aparmasını qadağan edən Logan Qanununu pozaraq vətənə xəyanət cinayəti işlədib. Logan Qanununun pozulması ağır cinayətdir. Federal qanunlar qanunu pozanların 3 ilə qədər həbs cəzasına məhkum edilməsini tələb edir” deyilir.

Qeyd edək ki, 47 respublikaçı senator İran liderlərinə açıq məktub yazaraq Konqresin təsdiqləmədiyi nüvə razılaşmasının ömrünün prezident Barak Obamanın hakimiyyəti ilə məhdudlaşacağını bildirib.

Məktub Obama və Konqresdəki demokratlar tərəfindən çox sərt qarşılanıb. Hətta məktubu imzalamaqdan imtina edən respublikaçı senatorlardan bəziləri də 47 senatorun bu hərəkətini tənqid edib. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bildirib ki, məktub ABŞ-ın etibarlı tərəfdaş olmadığını göstərir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR