Deputat Şəmsəddin Hacıyevə vəzifə verildi
Bizi izləyin

Nida.az

Deputat Şəmsəddin Hacıyevə vəzifə verildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının İdarə Heyətinin toplantısı keçirilib.

Publika.az xəbər verir ki, toplantıda mərhum Zahid Qaralovun vəfatından sonra təşkilatın boş qalan sədr yerinə seçki keçirilib.

Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin namizədliyi irəli sürülüb. O, yekdilliklə YAP-ın Səbail rayon təşkilatının sədri seçilib.

Toplantıda YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm