• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Atatürk Andranikin pərəstikarı olub? – “Agos”dan iyrənc iddia

  • Nida.az
  • 12 Mart 2015 16:19
  • 762 Baxış
Atatürk Andranikin pərəstikarı olub? – “Agos”dan iyrənc iddia

Türkiyə ermənilərinin həftəlik nəşri olan “Agos” qəzeti Atatürkün erməni hərbi birləşmələrinin komandiri olmuş, Anadolu və Azərbaycan türklərinə qarşı misilsiz qəddarlığı ilə ad çıxarmış Andranikin pərəstişkarı olduğunu iddia edib.


Publika.az xəbər verir ki, qəzetin 05. 03. 2015 tarixli buraxılışında Alev Er adlı jurnalisti hazırladığı reportajda uydurma iddialar irəli sürülüb. İddialara görə, Atatürk ölümündən iki il əvvəl ənənəvi axşam süfrəsində onunla eyni süfrə arxasında əyləşmiş erməni dilçi alim Aqop Dilaçardan bir erməni mahnısı oxumasını xahiş edib. O, Aqop Dilaçarın tərəddüd etdiyini gördükdə isə öz istəyini daha da dəqiqləşdirib və ermənilər tərəfindən “Andranik paşa”nın şərəfinə bəstələnmiş “Andranik marşı”nı oxumasını tələb edib. Bir qulağı Türk qılıncı ilə üzülmüş Andranikin “şücaətlərinin” tərənnüm edildiyi mahnı oxunduqdan sonra isə Atatürk ayağa qalxaraq “Andranik də mənim kimi bir qəhrəmandır. Bu badələri onun şərəfinə içməliyik” deyib.


Türkiyədə Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində çalışan, erməni vəhşiliklərinin ifşa olunması ilə bağlı araşdırmalar aparan jurnalist Elnur Eltürk “Agos”un bu iddialarını onlara qarşı cəzasızlıq mühitinin olması ilə əlaqələndirib.


“Andranik təkcə Naxçıvanın Yaycı kəndində bir gecədə 2500 Azərbaycan türkünü qətl edərək cəsədlərini Araz çayına atmışdı. Onun Anadoluda törətdiyi vəhşiliklər isə yazmaqla bitməz. Bu uydurma yazı Türkiyədə “Agos”a qarşı loyal münasibətinin nəticəsində qəzetin erməni mənşəli kollektivinin islaholunmaz dərəcədə həyasızlaşdığının bariz nümunəsidir. Göründüyü kimi, “Agos” qəzeti Türk dünyasının böyük liderlərindən biri olan Atatürk ilə erməni quldur Andraniki eyni pilləyə qoyur. Maraqlıdır, Ermənistanda hər hansı bir qəzetdə Atatürkü və yaxud Tələt paşanı vəsf edən yazı və yaxud reportaja rast gəlmək mümkündürmü? Əlbəttə ki, yox. Halbuki Tələt paşa erməniləri qətlə yetirməyib.

Amma Andranikin Anadoluda və Azərbaycanda törətdiyi qətliamlar hələ də xalqın hafizəsindən və tarixin yaddaşından silinməyib. İstər-istəməz insanda belə bir sual yaranır. Türkiyədə 1951-ci ildə qəbul edilmiş “Atatürkü qoruma qanunu” nə üçündür? Türkiyə dövlətinin qurucusunun hər hansı bir başkəsən qatilin pərəstişkarı olduğunu iddia etmək və bu iddianı ictimailəşdirmək təhqir sayılmırmı? Böyük Atatürkü hər cür təhqirdən mühafizə etmək üçün qəbul edilmiş bu qanun ermənilərə şamil edilmirmi?” - deyə o bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR