• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Vitse-spikerdən Xədicə İsmayılovanın yaydığı sənədə- Reaksiya

  • Nida.az
  • 18 Fevral 2014 19:14
  • 597 Baxış
Vitse-spikerdən Xədicə İsmayılovanın yaydığı sənədə- Reaksiya

“Öz ölkəsində kimlərisə dövlət qurumları ilə hansısa bir əməkdaşlığa görə suçlamaq və bunu casusluq kimi qələmə vermək heç bir çərçivəyə sığmır”.

Publika.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova “virtualaz.org” saytında gedən “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı” adlı məqaləyə münasibət bildirərkən deyib. O deyib ki, bu məsələ xüsusi araşdırma tələb edir.

Bu isə hüquq-mühafizə orqanlarının səlahiyyətindədir:

“Bununla əlaqədar ciddi açıqlama verəcəyimə ümid etmirəm. Artıq cinayət işi qaldırılıb və araşdırmanın nəticəsini gözləməliyik. Burada müxalifət düşərgəsində olan adamların, həm də özünü azad mətbuat nümayəndəsi kimi qələmə verənlərin iştirakı açıq-aşkar görünür”.

B. Muradova qeyd edib ki, kimlərinsə Azərbaycan iqtidarına casusluq etməsində günahlandırılması düzgün deyil: “Maraqlıdır ki, bəziləri xarici dairələrlə bağlılığını gizlətmir, hətta bundan qürur duyurlar. Belələri isə öz dövlətinə, xalqına, onun mənafeyinə xidmət edən insanlara belə damğa vurmağa çalışırlar. Hesab edirəm ki, belə hərəkət qəbulolunmazdır”.

Qeyd edək ki, virtualaz.org saytında Eynulla Fətullayevin müəllifi olduğu “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı” adlı məqalədə ölkənin bir sıra tanınmış müxalifət yönümlü media və ictimai xadimlərinin hakimiyyətlə əməkdaşlığı ilə bağlı məqamlar yer alıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR