“Müəllimi aşağılamaq olmaz” - deputatdan həmkarlarına CAVAB
Bizi izləyin

Nida.az

“Müəllimi aşağılamaq olmaz” - deputatdan həmkarlarına CAVAB

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov millət vəkilləri Hadi Rəcəbli və Əhməd Vəliyevin müəllimlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Deputat Publika.az-a açıqlamasında deyib ki, cəmiyyətin inkişafının yeganə meyarı olan müəllimlərin maddi vəziyyəti yaxşılaşdırılmalıdır. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində müəllim hamıdan üstün olmalıdır: “Müəllimi aşağılamaq olmaz. Kim nə deyirsə desin, əgər biz müəllimi aşağılayırıqsa, ucuz ediriksə, bu, cəmiyyətin inkişafına mənfi təsir edir. Müəllim yalnız hörmətli olmalıdır”.

İ.İsmayılov qeyd edib ki, Azərbaycanda müəllimlərin əmək haqları hamıdan yüksək olmalıdır: “Mənim təklifim ondan ibarətdir ki, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün dövlətimiz müvafiq addımlar atmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm