Nida.az
Müsavat Milli Şuranın mitinqinə getməyəcək
Müsavat Partiyası Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqdə iştirak etməyəcək.
Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı
Publika.az-a açıqlamasında mitinqdə iştirakla
bağlı rəsmi qərarın olmadığını deyib: “Üzvlərimizə sərbəstlik
vermişik. İstəyən şəxs sərbəst şəkildə mitinqdə iştirak edə
bilər”.
G. Aslanlı partiyanın qərarının hər hansı məsələ ilə bağlı
olmadığını da qeyd edib.
Publika.az-ın əldə etdiyi məlumata görə isə Müsavat rəhbərliyi mitinqdə iştirak etmək istəyində olub. Lakin qarşı tərəf bundan imtina edib.
“Mitinq təyin olunarkən bizə müraciət olunmadı. Lakin mən
təkəbbürlü adam deyiləm, bundan əvvəlki mitinqlərlə bağlı Milli
Şuranın bizə göstərdiyi münasibətdən asılı olmayaraq, mart ayının
2-də Elmar Hüseynovun anım mərasimi zamanı Cəmil Həsənli ilə
görüşərək ona bildirdim ki, əgər Milli Şura Müsavat Partiyasının bu
mitinqdə iştirakını arzu edirsə, biz bundan sonrakı mərhələdə də
mitinqin həm təşkilatçılıq işində, həm də bütövlükdə bu mitinqlə
bağlı bütün məsələlərdə öz resurslarımızı cəlb etməyə hazırıq.
Təəssüf ki, bu günə kimi Milli Şuradan bu müraciətimə heç bir cavab verilməyib. Açıq-aydın görünür ki, Milli Şura bu aksiyada Müsavat Partiyasının bir təşkilat olaraq iştirakını arzulamır”, - deyə başqan Arif Hacılının bu açıqlaması da xəbəri təsdiqləyir.
Asif Nərimanlı
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu