Bölgədə “enerji troykası” və ya “üç dövlət, bir millət” prinsipi
Bizi izləyin

Nida.az

Bölgədə “enerji troykası” və ya “üç dövlət, bir millət” prinsipi

“Enerji qaynaqları kasıb olan Avropa ölkələri üçün sürətlə artan enerji ehtiyacları problem olaraq qalır. Alternativ olaraq Azərbaycan və Şimali İraq təbii qazına ümid edən “Köhnə Qitə” enerji ehtiyacları sürətlə artdığı üçün yeni tədarükçülər axtarır. Çünki Avropa ölkələri qısa zamanda bu qədər tələbatı ödəyə bilməyəcək. Əsas alternativ olan Azərbaycan qazı da onların istədiyi qədər deyil. Bu baxımdan, Türkmənistan qazına böyük önəm verilir”.


Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.


“Azərbaycan, Türkmənistan və Türkiyənin enerji qardaşlığı” adlı məqalədə ötən həftə türkmən liderinin Ankaraya səfərinə diqqət çəkilir: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edən türkmən lideri Berdiməhəmmədovun gəlişi iki ölkə arasında bir sıra siyasi və iqtisadi məsələlərin həlli və möhkəmləndirilməsinə xidmət edirdi. Lakin əsas məsələ enerji idi. Zəngin təbii resurslara malik Türkmənistanın oyuna girməsi təbii qarşılanmalıdır. Avropa üçün də türkmən qazı sonuncu həll variantıdır. Aşqabad Çin və İrana ixrac etdiyi qazı Avropa bazarına da çıxarmaq istəyir.

Bunun üçün Bakı və Ankaranın tranzit olaraq önəmi artır. Türkmən qazının Türkiyəyə və burdan qlobal bazara açılmasında TANAP mühüm rol oynayır. Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çıxaracaq layihəyə türkmən qazının da qoşulması həm Avropanın enerji təminatına mühüm töhfə verəcək, həm də Türkmənistan iqtisadiyyatına dəstək olacaq”, - deyə nəşr yazır.


“Yeni Şafak” Türkiyə, Azərbaycan və Türkmənistanın qardaşlıq münasibətlərinin strateji önəmə sahib olduğunu bildirir: “Orta Asiya coğrafiyasında Azərbaycan və Türkmənistanın enerji sahəsində Türkiyə ilə bərabər addımlaması yeni gücün formalaşması deməkdir. Türkiyə və Azərbaycan üçün deyilən “iki dövlət, bir millət” prinsipi Türkmənistanın iştirakı ilə “üç dövlət, bir millət”ə çevrilə bilər. Hətta Azərbaycan və Türkmənistanın enerji resurslarına sahib olması, Türkiyənin də əsas tranzit kimi çıxış etməsi bölgədə “enerji troykası”nın yaranması ilə nəticələnə bilər”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm