Fazil Mustafa: Milli Şura güc sahibi deyil
Bizi izləyin

Nida.az

Fazil Mustafa: Milli Şura güc sahibi deyil

“Milli Şuranın 15 mart mitinqi gündəmə gəlmək taktikasıdır. Hazırda bu qurum böyük güc sahibi deyil”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin üzvü Fazil Mustafa deyib.


Onun sözlərinə görə, mitinqlərlə gündəmə gəlmək taktikası siyasətdə geniş yayılıb: “Hətta bu populizm olsa belə təəccüblü deyil. Lakin indiki məqamda seçilən bu taktika mənasızdır”.


Millət vəkili problemin həll yolunu mitinqlərdə görmədiyini qeyd edib.


“Məqsədə fərqli yollarla nail olmaq mümkündür. Lakin bu da Milli Şuranın seçimdir. Partiyaların etirazını çatdırma formasıdır. Ümumiyyətlə mitinqlər demokratik ölkələr üçün adi haldır. Bu gerçəkləşirsə, fikirlər mitinqlərdə çatdırılırsa, bu normal qəbul olunmalıdır. Hətta mitinqə 10 nəfər çıxsa da mümkündür. Digər tərəfdən, dövlətin mitinqə icazə verməsi yaxşı haldır. Hesab edirəm ki, icazəsiz mitinqlərə getmək doğru deyil. Çünki bu qarşıdurmaya gətirən haldır və ölkənin imicinə də ziyan vurur”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm