Türkiyənin küçələri Azərbaycan bayraqları ilə bəzədildi - FOTO
Bizi izləyin

Nida.az

Türkiyənin küçələri Azərbaycan bayraqları ilə bəzədildi - FOTO

Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qars səfəri öncəsi şəhərin küçələri iki ölkənin bayraqları ilə bəzədilib.


Prezidentlər Qarsda Azərbaycan tərəfindən həyata keçirilən Heydər Əliyev adına Anadolu Liseyi ilə TANAP layihəsinin təməlqoyma mərasimlərində iştirak edəcək. Mərasimlərdə dövlət başçıları ilə yanaşı hər iki ölkədən çox saylı dövlət və hökümət nümayəndələrin də iştirak edəcəyi gözlənilir.

Prezidentlərin səfəri ilə bağlı açıqlama verən Qars valisi Günay Özdemir TANAP lahiyəsinin təməlqoyma mərasiminin bölgə üçün əhəmiyyətli olacağını deyib.

Qeyd edək ki, Qarsda TANAP-ın təməlqoyma mərasiminin martın 17-də keçiriləcəyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm