Deputatlarımız Parisə gedir
Bizi izləyin

Nida.az

Deputatlarımız Parisə gedir

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev qurumun komitə iclaslarında iştirak etmək üçün bu gün Parisə səfərə yola düşəcəklər.

Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, AŞPA-nın siyasi işlər və demokratiya komitəsinin iclasında Belarusda vəziyyət, Suriyadakı savaşda əcnəbi döyüşçülərin iştirakı, Ukraynadakı böhranın siyasi nəticələri kimi aktual mövzular gündəmdə olacaq. Təşkilati məsələlərə baxılacaq.

Qurumun monitorinq komitəsində isə Monako və Monteneqro ilə monitorinq sonrası dialoq aparılacaq, bu ölkələrin AŞPA qarşısındakı öhdəliklərinin icrası vəziyyəti araşdırılacaq. Həmçinin komitədə Ukraynadakı son hadisələrlə və dünyadakı dondurulmuş münaqişələrlə bağlı müzakirələr keçiriləcək.

Səfər martın 18-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm