Nida.az
Vaşinqtondan Azərbaycanla bağlı təhlükəli proqnoz
“Rusiya separatizmi dəstəkləməklə qonşu ölkələrin ərazisində anklav bölgələrin yaradılmasına nail olur. Bu gün regionda Moskva tərəfindən dəstəklənən dondurulmuş münaqişələr var. Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna bundan əziyyət çəkir. Lakin hazırda Azərbaycan üçün ikinci konfliktin yaranması təhlükəsi var”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The
Hill” nəşrinin araşdırmasında iddia olunur.
Vaşinqtonda Con Hopkins adına Beynəlxalq Tədqiqatlar
Universitetinin mütəxəssisi, Sovet problemləri üzrə müstəqil
analitik Josua Noonanın qələmə aldığı məqalədə Rusiyanın sakit
formada hərəkətə keçdiyini iddia edir: “Rusiya Cənubi Osetiya və
Abxaziyada, eləcə də Krım anklavında, Ermənistandakı hərbi
bazasında, Sevostopolda yerləşən Qara dəniz hərbi donanmasında
sakit formada hərbi gücünü möhkəmləndirir. Beləliklə, dondurulmuş
münaqişələr qızışır, ayrılmaq istəyən separatçılar aktivləşir.
Moskva həmişə separatçılara silah və digər dəstəklə yardımçı olub.
Bu baxımdan, bir sıra ölkələr təqib olunur. Əgər onlar Moskvanın
əleyhinə addım atırsa, o zaman dondurulmuş münaqişə yenidən
qızışır”.
“The Hill” Dağlıq Qarabağ münaqişəsini region üçün ilk təcrübə
adlandırıb.
“1980-ci illərin sonlarında Ermənistan və Azərbaycan arasında
münaqişə başladı. Ermənistan Azərbaycanın cənub-qərb torpaqlarına
iddia edirdi. Halbuki Qarabağın Azərbaycan torpaqları olması
danılmaz faktdır. Sadəcə olaraq, bu regionda yaşayan etnik
ermənilər vasitəsilə anormal vəziyyət yaradıldı. Ermənilərin
bölgəyə gəlişi və demoqrafik vəziyyətin dəyişməsi də Moskvanın
məhsulu idi. Hələ XIX əsrin sonunda çar Rusiyası bura erməniləri
köçürməklə demoqrafik mənzərəni dəyişmişdi.
Məhz vaxtilə köçürülən ermənilərin hesabına bölgədə separatizm qızışdırıldı və işğal olundu. 1994-cü ildə burada qondarma rejim yaradıldı və birbaşa Ermənistan tərəfindən idarə olunur. 1990-cı illərdə eyni mənzərə Moldovada yaşandı. Dnestryanı ərazilərdə separatçılar qızışdırıldı və Moskvanın dəstəyi ilə bura dondurulmuş münaqişə regionuna çevrildi. 2008-ci ildə Gürcüstan avqust müharibəsi ilə qarşılaşdı. Tiflis Avropa Birliyi və NATO-ya qoşulmaq niyyətini elan edəndə Rusiyanın dəstəyi ilə Cənubi Osetiya və Abxaziya münaqişəsi peyda oldu, burda anklav bölgə yaradıldı. 2014-cü ilin baharında Krımın ilhaqı ilə Ukraynada daha bir dondurulmuş münaqişə yarandı. Bu Kiyevdə nümayişçilərin Avropa Birliyi yolunu seçərək Yanukoviçi hakimiyyətdən devirəndən sonra baş verdi. Bu gün Ukraynanın Şərqində separatçıların hərəkətləri növbəti dondurulmuş münaqişənin “müjdəsini” verir”- nəşr belə qeyd edir.
Nəşrin iddiasına görə, Azərbaycanda da ikinci dondurulmuş münaqişə
təhlükəsi var. İddialar Rusiyanın Azərbaycanda etnik separatizmə
dəstək verməsi haqdadır: “Azərbaycanda etnik, yaxud dini azlıqların
problemi yoxdur. Bu ölkə tolerantlığı ilə dünyaya nümunədir. Lakin
hər zaman separatçılığa meyilli olan şəxslər peyda olur və onlar
vasitəsilə çox gözəl görünən mənzərələrə xələl gətirilir. Misal
üçün, ölkənin cənub-şərqində yaşayan talışlar ruslar üçün potensial
separatizm ocağı ola bilər. Halbuki, talışlar əsrlərdən bu ölkənin
azad vətəndaşı kimi yaşayır və onlar mərkəzi hökumətə qarşı
getmirlər. Sadəcə olaraq, onların da arasından kimlərsə çıxır.
Hansı ki, bu 1993-cü ildə baş vermişdi və qısamüddətli münaqişə
yaşanmışdı. Hazırda eyni ssenarilər işə düşə bilər. Geosiyasətlə
məşğul olan alimlər də Rusiyanın Cənubi Qafqazın əsas dövlətində
etnik separatizmi qızışdıracağına və yeni anklav yaradacağına dair
ehtimalları dəstəkləyir”.
Nəşr yazır ki, ikinci dondurulmuş münaqişə Moskvaya Azərbaycan
üzərində nəzarəti gücləndirməyə kömək edə bilər: “Neft-qaz
potensialından düzgün istifadə edən hakimiyyət Azərbaycanı regionda
güclü dövlətə çevirib. Moskva bu ölkəyə iqtisadi təzyiq edə bilmir.
Halbuki, regionun başqa ölkələrinə qarşı Rusiya iqtisadi
rıçaqlarını işə salır. Misal üçün, qazı kəsməklə hədələyir.
Azərbaycan qazını Avropa bazarına çıxarmaqda israrlıdır və bunun
üçün Avropanın xilası hesab olunacaq layihə irəli sürdü. Bu
layihəyə görə, Azərbaycanın mavi yanacağı 2019-cu ildə Avropaya
çıxarılacaq. Bakı Qərb və Rusiya arasında ağıllı manevrlər edir və
balans siyasətini qoruyur. Lakin görünür bu balans siyasəti
Rusiyaya xeyir etmir. Xüsusilə, Bakını Gürcüstan və Türkiyə ilə sıx
əməkdaşlığı, həmçinin güclü strateji düşüncə ilə Avropaya yol
tapmasıKremlin geostrateji maraqlarına ziddir. Halbuki Azərbaycan
müstəqil siyasətinə sadiq olduğu üçün bu addımları atır və heç kimə
qarşı olmadığını bəyan edir. Lakin Moskvada belə düşünmürlər və
onlar üçün daha az müstəqil addım ata bilən Azərbaycan
sərfəlidir.
Bu kontekstdə Rusiya Strateji Tədqiqatlar İnstitutunun bu yaxınlarda Talış xanlığının mövcudluğu ideyasının gündəmə gətirməsi diqqət çəkir. Separatçılığın dəstəklənməsi fəaliyyətinin böyük qismi Rusiyanın müttəfiqi, Azərbaycanın düşməni olan Ermənistan tərəfindən həyata keçirilir. Hazırda İrəvan Dövlət Universitetində Talış Tədqiqatları Proqramı var. Proqrama əsasən konfranslarda talışların problemi qaldırılır, talış dövləti ideyası gündəmə gətirilir. Ötən həftə Moskvada yaşayan talış separatçısı Fəxrəddin Aboszodənin Rusiya mediasına müsahibəsi də bu cəhdlərdən xəbər verir. Aboszodə Strateji Tədqiqatlar İnstitutunun dəstəklədiyi və gündəmə gətirdiyi Talış xanlığı haqda eyni arqumentlərlə çıxış etdi. Ola bilsin ki, bu şəxs öz cəfəng ideyalarını sırıyır. Amma ümumi proseslər onun Kremlin siqnalı ilə hərəkət etdiyini göstərir”.
Vacib qeyd: Vaxtilə Rusiyanın
ssenarisi əsasında gündəmə gələn Milli Şuranın sədri Cəmil Həsənli
bu günlərdə Talış xanlığının Azərbaycan tarix dərsliyinə salınması
məsələsini gündəmə gətirdi. ABŞ nəşrinin iddiaları fonunda
tarixçi-siyasətçi Cəmil Həsənlinin bu fikirləri diqqət
çəkir.
“The Hill” daha sonra Moskvanın Azərbaycanda etnik separatizmi
qızışdırmaqda məqsədlərini araşdırır.
“Əsas məqsəd Qərb və Rusiya arasında balanslı siyasətin təzahürü
olan müstəqil siyasətin qarşını almaqdır. Bununla ölkənin stabil
inkişafına zərbə vurula və regionda dünyanın ümumi maraqları
təhlükə yarana bilər” - deyə məqalədə vurğulanır.
Asif Nərimanlı
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR