Mustafa Hacıbəyli: “Milli Şuranın 15 mart mitinqi zəif oldu”
Bizi izləyin

Nida.az

Mustafa Hacıbəyli: “Milli Şuranın 15 mart mitinqi zəif oldu”

“Milli Şuranın 15 martda keçirdiyi mitinq gözləniləndən də zəif oldu”.


Bunu Publika.az-a açıqlamasında Müsavat Partiyasının funksioneri, başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli deyib.


Onun sözlərinə görə, mitinq daha kütləvi ola bilərdi: “Lakin Milli Şura kütləviliyi təmin etmək üçün heç bir addım atmadı. Müsavatdan mitinqə dəstək üçün onlara edilən müraciət cavabsız qaldı. Mitinqdə gözlənilən nəticə isə özünü doğrultmadı”.


M. Hacıbəyli qeyd edib ki, iqtisadi çətinliyin olmasına görə mitinqdə daha çox insanın iştirakı gözlənilən idi: “Amma nəticələr göz önündə idi və əhalinin rəyinə uyğun mitinq deyildi. Bu baxımdan, mitinqin zəif keçdiyini deyə bilərik”.


Müsavat funksioneri Milli Şuranın digərlərini, xüsusilə Müsavatı qabaqlamaq üçün mitinq keçirməsi məsələsinə də münasibət bildirib.


“Bu o qədər də prinsipial məsələ deyil. Əsas olan keyfiyyət və əldə olunan nəticələrdir. Kimlərsə Müsavat Partiyası ilə yarışda önə keçmək xəttini seçiblərsə, onlara uğurlar arzu edirik. Müsavat Partiyası Mili Şuranın istər ötən ilin son aylarında, istərsə də sonuncu mitinqinə dəstək verib. Biz bundan sonrakı mərhələdə də mübarizənin genişlənməsinin tərəfdarıyıq və demokratik düşərgədə olan hər bir qüvvə ilə əməkdaşlığa hazırıq”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm