Nida.az
Zakir Qaralov Ərdoğanla görüşüb
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ankaraya səfəri Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbiri ziyarətlə başlayıb. Atatürkün məzarı önünə əklil qoyulub, əziz xatirəsi yad olunub.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş prokuror Zakir
Qaralovu qəbul edib.
Görüşdə Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi
hüquq-mühafizə orqanları arasında da əməkdaşlığın uğurla inkişaf
etdiyi diqqətə çəkilib.
Səfər çərçivəsində Türkiyənin Ali Məhkəməsinin baş prokuroru Hasan
Erbillə görüş olub.
Görüşdə Türkiyə Baş prokurorluğunun strukturu və fəaliyyətini əks
etdirən videomaterial nümayiş olunub.
Tərəflər iki qardaş ölkələrin prokurorluq orqanları arasındakı
əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparıblar.
Sonra Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Türkiyə
Cümhuriyyətinin Ali Məhkəməsinin Baş Prokurorluğu arasında anlaşma
memorandumu imzalanıb.
Tərəflər sənədin imzalanmasını mühüm hadisə kimi qiymətləndirərək,
anlaşma memorandumunun qardaş ölkələrin prokurorluq orqanları
arasında təcrübə mübadiləsi, tədris və digər sahələrdəki
əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyini
bildiriblər.
Azərbaycan nümayəndə heyəti Türkiyənin Ali Məhkəməsinin sədri
İsmail Rüştü Cirit ilə də görüşüb.
Zakir Qaralov Türkiyə Ali Məhkəməsinin sədri vəzifəsinə yeni
seçilən Rüştü Ciritə Azərbaycan Respublikasının Ali Məhkəmənin
sədri Ramiz Rzayevin məktubunu çatdırıb.
İsmail Rüştü Cirit tezliklə Azərbaycana səfər edəcəyini
bildirib.
Ulu öndər Heydər Əliyevin Türkiyə ilə münasibətlərə daima böyük
önəm verdiyini xatırladan Zakir Qaralov qeyd edib ki, iki qardaş
ölkə arasındakı hərtərəfli əməkdaşlıq əlaqələri dövlət başçıları
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında surətlə
inkişaf edir.
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı