Bozqurdçular birləşirmi? - Açıqlama
Bizi izləyin

Nida.az

Bozqurdçular birləşirmi? - Açıqlama

Əvvəlcə Qələndər Muxtarlı buna qarşı çıxdı, lakin onu sakitləşdirəndən sonra Tufan Kərimli sabiq naziri qəbul etmək istəmir.

Milli Demokrat (Bozqurd) Partiyası qurultaya hazırlaşır. Partiyanın Təşkilat Komitəsinin sədri, keçmiş daxili işlər naziri İsgəndər Həmidovun rəhbərliyi ilə aparılan işlərin sürətləndiyi də deyilir. Lakin yayılan məlumatlara görə, bozqurdçular arasında fikir aytrılığı var. Xüsusilə İ. Həmidovun olmadığı vaxt ikiyə bölünən partiyanın birləşdirilməsində çətinliklər yaranıb. Əvvəlcə Qələndər Muxtarlı buna qarşı çıxdı, lakin onu sakitləşdirəndən sonra Tufan Kərimli sabiq naziri qəbul etmək istəmir.

İsgəndər Həmidov Publika.Az –a açıqlamasında bildirib ki, Qələndər Muxtarlı hazırda elmi işlə məşğul olduğu üçün bir qədər uzaqlaşıb: “Tufan Kərimlinin yanında köhnə partiya üzvləri var ki, onlar gəliblər. Amma Tufanın özü hələ gəlməyib”.

İ. Həmidov bildirib ki, partiya əvvəl ikiyə bölünmüşdü: “Ona görə də partiyanın 20 illiyində köhnə uşaqlar yığılıb gəldi, zorla məni sədrliyə seçdilər, xahiş etdilər ki, partiyanın işinə müdaxilə edim. Mənim təşkilat komitəsinə sədr seçilmək firim yox idi. Amma proseslərin gedişi belə oldu. Uşaqlar əl çəkmədilər ki, TK işini ancaq sən apara bilərsən, səndən başqa heç kəs edə bilməyəcək. 11 nəfərin hamısı da mənim sədrliyimə səs verdi”.
TK sədri qeyd edib ki, hazırda qurultaya hazırlaşırlar. Onun sözlərinə görə, rayon təşkilatları qurultaya nümayəndələr seçirlər.

“Sentyabr ayında qurultay keçiriləcək. Heç kəs partiyadan ayrılmayıb, heç kimin də belə fikri yoxdur. Əksinə gələnlər var, hamı işlər, özü də yaxşı işləyirlər”-deyə o diqqətə çatdırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm