Nida.az
İsmayıl Alper Coşqun: "Ermənilərin “soyqırımı” iddialarından əl çəkəcəyi inandırıcı deyil"
Ermənilərin 2015-ci ildən sonra 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkəcəyi inandırıcı deyil. Bu sözləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun Trend-ə açıqlamasında bildirib.
O qeyd edib: “Bu il 1915-ci il hadisələrinin yüzüncü ildönümü
olduğu üçün Ermənistan bundan istifadə edərək, özünü məzlum kimi
göstərərək dünyada Türkiyəni narahat edəcək siyasi qərarların qəbul
edilməsi məqsədilə ciddi cəhdlər göstərəcək. Buna görə də Türkiyə
ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddialarına bu il son
qoyacaqlarına inanmır”.
Səfir deyib ki, Azərbaycan torpaqlarının işğal altında qalması
Türkiyənin Ermənistanla əlaqədar Azərbaycanla ortaq probleminin
olması deməkdir: “Hazırda Azərbaycan-Türkiyə münasibətlərinin
beynəlxalq səviyyədə daha aktiv olduğu bir dövrdəyik. Azərbaycan və
Türkiyə bir çox beynəlxalq qurumlarda təmsil olunur və bu
istiqamətdə aktiv addımlar atıldığının şahidi oluruq. Eyni zamanda,
Azərbaycan və Türkiyə diasporları daha aktiv fəaliyyət
göstərirlər”.
Diplomat vurğulayıb ki, Azərbaycan və Türkiyə ermənilərin 1915-ci
il hadisələri ilə bağlı iddialarına qarşı birgə fəaliyyət
göstərirlər və bu işbirliyi təkcə 2015-ci illə əhatə olunmayıb:
“Türk dünyasının ortaq tarixi var və bu tarixə sahib çıxmağa
çalışırıq. Ortaq tariximizə sahib çıxmaq üçün hər şeydən əvvəl
gənclərimizə, gələcək nəsillərə bu tarixi anlatmaq lazımdır. Digər
tərəfdən, ortaq dəyərlərimizi təsbit edərək onları üzə çıxarmaq
lazımdır. Biz bunu edərkən qatı milliyyətçilik prinsipindən çıxış
etmirik”.
İ.A.Coşqun əlavə edib ki, bütün bunları edərkən Ermənistanın və
erməni lobbisinin türk tarixini ləkələmək cəhdlərinə qarşı addımlar
atılır: “Təbii ki, bütün bunlar fərqli istiqamətlərdə aparılmalıdır
və ən önəmlisi, yaxın tarixdə baş vermiş qanlı hadisələri dünyanın
diqqətinə çatdırırıq. Bunlardan ən öndə gələni Xocalı faciəsidir.
Həm Türkiyə daxilində, həm də ölkədən kənarda Azərbaycanla bu
istiqamətdə işbirliyimiz artır".
Səfir qeyd edib ki, keçən il sabiq baş nazir, hazırkı Prezident
Rəcəb Tayyib Ərdoğanın açıqlamalarına diqqət yetirmək lazımdır:
“Ölkə Prezidentinin keçən il verdiyi açıqlamanın xüsusən də
Ermənistan tərəfindən təkrar oxunmasında bir fayda var. Bu açıqlama
ilə Türkiyə Ermənistana və ümumilikdə erməni xalqına əl uzadıb.
İşğalçılıq siyasəti və düşmənçiliklə normal bir gələcək qurula
bilmədiyi üçün müzakirələr apararaq, bir-birimizi dinləyərək
anlamağa çalışmağı təklif etdik. Ancaq Ermənistanın verdiyi
reaksiya ilə onların birtərəfli iddiaları davam etdirəcəkləri və
düşmənçilik prinsipindən çıxış edəcəkləri ortaya çıxdı”.
O hesab edir ki, Ermənistan xalqının həqiqəti görməsi və
hakimiyyətə təzyiq etməsi lazımdır: “Türkiyə olaraq tariximizdən
heç bir narahatlığımız yoxdur. Ermənistanın 1915-də yaşanan
hadisələrlə bağlı birtərəfli təqdimatını qəbul etmirik.
Ermənistanın etmək istədiyi hüquqi, siyasi və tarixi olaraq
qəbuledilməzdir. 1915-ci il hadisələrindən sui-istifadə edən
Ermənistan bəzi ölkə parlamentlərində bununla bağlı siyasi
qərarların qəbul edilməsi ilə Türkiyəni çətin vəziyyətə salmaq
niyyətindədir. Bu isə əsla mümkün deyil, çünki bu iddia haqqında
elmi, tarixi və hüquqi müstəvidə bir fikir birliyi və ortaq anlayış
yoxdur. Soyqırım hadisəsinin olub-olmadığını sübut etmək üçün
beynəlxalq məhkəmə qərarı olmalıdır, digər tərəfdən isə BMT-nin
"Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması
haqqında" Konvensiyasına görə soyqırım termini 1948-ci ilə aiddir
və ondan əvvəlki tarixi hadisələrə tətbiq oluna bilməz. Bu
məsələnin hüquqi tərəfidir”.
Fövqəladə və səlahiyyətli səfir deyib ki, bütün bunlarla yanaşı,
siyasi və tarixi baxımdan da “soyqırım” iddiasının Türkiyə əleyhinə
istifadə edilməsi mümkün deyil: “Ermənistan birtərəfli iddialar
əsasında bəzi parlamentlərdə qəbul edilən əsassız qərarların ciddi
şəkildə Türkiyə əleyhinə istifadə olunmasına cəhd edir. Ortaq
tariximizə ləkə salmaq cəhdləri əsla qəbuledilməzdir. Digər
tərəfdən, Ermənistanın iddiaları tarixi baxımdan da
əsassızdır”.
İ.A.Coşqun hesab edir ki, ermənilərin göstərdiyi bir çox mənbələrin
doğruluğu da ciddi şübhə altındadır, bir qismi isə tamamən yalan və
uydurmadır.
Onun sözlərinə görə, Türkiyənin Ermənistandan istəyi budur ki, əgər
əllərində hər hansı bir fakt varsa, ortaya qoysunlar və bu məsələ
araşdırılsın. Bununla yanaşı, Türkiyə bir addım daha irəli gedərək
bildirir ki, 1915-ci il hadisələri zamanı yaşanan bütün
ağrı-acıları anlayır, lakin kiminsə hisslərinin qabardılması mümkün
deyil: “Anadolu xalqının o zaman çəkdiyi ağrı-acıları və erməni
quldur dəstələrinin vəhşiliklərini unutmağımız mümkün deyil. Əgər
Ermənistan bütün bunları müzakirə etməyə, o dövrün ağrı-acılarına
anlayış göstərərək ortaq gələcək qurmağa hazırdırsa, Türkiyə də
xalqlarımızı yaxınlaşdırmağa hazırdır. Amma bunu etməyə hazır
olarkən bir şeyi də yaddan çıxarmırıq - Azərbaycan torpaqlarının
işğal altında olması faktını bir kənara ata bilmərik. Xalqlarımızın
yaxınlaşması üçün Azərbaycan torpaqlarının Ermənistan tərəfindən
işğalına son qoyulmalıdır”.
Diplomat bildirib ki, Ermənistanla imzalanan protokolların hədəfi
də məhz bu idi: “Ermənistanın münaqişənin həll edilməsi üçün siyasi
iradəsi yoxdur. Eyni zamanda, işğal siyasətindən vaz keçəcəyinə
dair hər hansı bir işarə belə yoxdur. Bütün bunlarla yanaşı,
ölkənin demoqrafik və iqtisadi vəziyyəti göz qabağındadır.
Ermənistan xalqı başını qaldırıb ətrafına baxsa, Azərbaycanın
inkişafına, Azərbaycan və Türkiyənin Gürcüstan ilə əməkdaşlığına
baxsa, nə üçün bu inkişafdan kənarda qaldığını düşünə bilər”.
Diplomat əlavə edib ki, 1915-ci il hadisələrinə ədalətli yanaşma
prinsipi olarsa, Türkiyə Ermənistanla, eyni zamanda, hamı ilə
istənilən mövzunu müzakirə etməyə hazırdır: “Türkiyə olaraq özümüzə
güvənirik, ölkə Prezidentinin qeyd etdiyi kimi, əgər hansı bir
səhvimiz varsa, onu da müzakirə etməyə hazırıq. Ümid edirik ki, nə
zamansa Ermənistanda sağlam məntiq qələbə çalacaq”.
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər