ABŞ nəşri: “Sarkisyan Kremlin əmri ilə vətəndaş cəmiyyətinə hücum edir”
Bizi izləyin

Nida.az

ABŞ nəşri: “Sarkisyan Kremlin əmri ilə vətəndaş cəmiyyətinə hücum edir”

Ermənistanda “QHT-lər haqqında” qanuna təklif olunan düzəlişlər vətəndaş cəmiyyətinə qarşı repressiyadır. Bəzi QHT-lər hesab edirlər ki, bu, “böyük qardaşı” – Rusiyanı razı salmaq məqsədi daşıyır.


Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “Eurasianet” nəşrində dərc olunan “Ermənistan Kremlin əmri ilə qeyri-hökumət təşkilatlarını “neytrallaşdırır”?” başlıqlı məqalədə deyilir.


“Freedom House” təşkilatı 2014-cü ildə Ermənistanda vətəndaş cəmiyyətinin “aktiv, müxtəlif və müstəqil” olduğunu iddia edirdi. Lakin qanunvericiliyə təklif edilən yeni dəyişikliklər bu fikirlərin tam əksini sübut edir.


“QHT-lər haqda” qanuna düzəlişlər hələ ötən ilin noyabrında təklif olunub. Dəyişikliyə görə, QHT-lər hər il hökumətə maliyyə hesabatı verməli və auditdən keçməlidir. Buna əməl edilməsə, hakimiyyət QHT-nin bağlanması məsələsini məhkəmə qarşısına qaldıra bilər. Ən maraqlısı isə Ədliyyə Nazirliyinin nümayəndəsinin QHT-nin ali rəhbərliyinin toplantısında birbaşa iştirak hüququna malik olmasıdır. Hələlik Ermənistan parlamenti bu düzəlişləri səsverməyə çıxarmayıb.


Nəşr yazır ki, yeni düzəlişlər vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmağa hesablanıb. Xüsusilə hakimiyyətin fəaliyyətini tənqid edən QHT-lər hədəfdədir. Ehtimallara görə, bu düzəlişlər Ermənistanın Kremlin rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqına daxil olmasından irəli gəlir.


Ötən il Rusiyanın Ermənistandakı səfiri İvan Volkın yerli KİV-ə müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə maneə yaradan QHT-ləri neytrallaşdırmağa çağırdı.


Bunun ardınca Ermənistan rəsmiləri elan etdi ki, heç bir QHT İrəvan-Moskva münasibətlərinə təsir edə bilməyəcək.


Son həftələrdə Rusiya QHT-lərin fəaliyyətini məhdulaşdırmaq üçün Ermənistana təzyiqi gücləndirdi. Rusiyanın məşhur deputatı Konstantin Kosaçev fevralın 26-da bəyan etdi ki, Ermənistanda bir çox QHT əhalini “350 sıra” qaydalarını qəbul etməyə səsləyərək, Rusiya-Ermənistan əlaqələrinə qarşı təşviqat aparır.


“Biz prinsip etibarilə onların işini düzgün hesab etmirik. Bu cür mövqe artıq Ukraynanı dağıtdı və digər ölkəni də dağıda bilər”, - deyə o, RİA-NOVOSTİ-yə açıqlamasında bildirib.


Ermənistan hökumətinin məmurları təkidlə bildirirlər ki, onların yeganə hədəfi QHT-lərin fəaliyyətinin cəmiyyətə açıq və şəffaf olmasıdır.


Ədliyyə Nazirliyinin hüquq bölməsinin rəhbəri Norayr Balayan nəşrə açıqlamasında məqsədin vətəndaş cəmiyyətini idarəçilik altına keçirmək olmadığını iddia edib. Lakin o, qanuna dəyişikliklərin mahiyyətini tam açıqlamaqdan imtina edib.


Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri isə hesab edirlər ki, Rusiya erməni məmurlara təzyiq edəcəksə, onların fəaliyyəti sıxışdırılacaq.


“Hökumət şəffaflıq və məsuliyyəti tamamilə başqa cür anlayır”, - deyə QHT sədri Boris Navasardyan deyib. Onun sözlərinə görə, hökumət vətəndaş cəmiyyətinə tamamilə nəzarət etməyi düşünür və bunun üçün istənilən vasitəyə əl atılacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm