Müdafiə Nazirliyi Fəthullah Gülənlə bağlı açıqlama verdi - RƏSMİ
Bizi izləyin

Nida.az

Müdafiə Nazirliyi Fəthullah Gülənlə bağlı açıqlama verdi - RƏSMİ

Azərbaycan Müdafiə Nazirliyi Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının müdafiə naziri barədə səsləndirilən fikirlərə rəsmi aydınlıq gətirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, nazirlik bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının müdafiə naziri barədə səsləndirilən fikirlərə münasibət olaraq bildirir ki, müdafiə nazirinin adı çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur, ünvanına heç bir təbrik məktubu daxil olmayıb və bunu bir təxribat kimi qiymətləndirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm