Elmira Axundova “Sovetski”ni tezliklə hamarlamağı təklif etdi
Bizi izləyin

Nida.az

Elmira Axundova “Sovetski”ni tezliklə hamarlamağı təklif etdi

"Milli Məclisdə təqdim edilən hesabatlar, Hesablama Palatasının hesabatları bundan sonra elektron şəkildə təqdim edilsin”.

Publika.az xəbər verir ki, belə bir təkliflə millət vəkili Elmira Axundova çıxış edib. O qeyd edib ki, hesabatlar çap versiyasından çıxarılarsa, bu, xərcləri azaldar: “Ölkədə bir sıra xərclərin azaldılması prosesi gedir. Hesab edirəm ki, hesabatlar deputatların elektron ünvanlarına da göndərilə bilər. Beləliklə də, çapa milyonlar xərclənməz”.

O həmçinin “Sovetski” adlanan ərazidə aparalan söküntüsü ilə bağlı danışıb. Bildirib ki, I Avropa Oyunlarına qədər dağıntıların qalıqları təmizlənməli, ərazi hamarlanmalıdır.

Spiker Oqtay Əsədov isə millət vəkilinin hesabatların elektron şəkildə hazırlanması ilə bağlı təklifinə cavab verib: “Buradakı 450 səhifəlik hesabatları elektron ünvanda oxusaq, hamının gözü kor olar. Yaponiyada eradan 700 il əvvəlki bütün sənədlər qalır. Elektron ünvanlarda hesabatlar itə bilər, amma çap versiyasında qorunub qalacaq”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm