Türkiyə və Azərbaycan Prezidentlərinin görüşü olub
Bizi izləyin

Nida.az

Türkiyə və Azərbaycan Prezidentlərinin görüşü olub

Martın 17-də Qarsda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.


Görüşdə strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Türkiyədə təməli qoyulan TANAP layihəsinin əhəmiyyəti vurğulandı, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli görüşlərin rolu qeyd edildi. Azərbaycanın və Türkiyənin iştirak etdikləri mühüm strateji layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verdiyi bildirildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

X X X

Martın 17-də Qars valisi Günay Özdemirin adından dövlət başçılarının şərəfinə rəsmi nahar verilib.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm