• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İŞİD təhlükəsi AŞPA-nın gündəliyində

  • Nida.az
  • 18 Mart 2015 03:38
  • 299 Baxış
İŞİD təhlükəsi AŞPA-nın gündəliyində

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 20-dən 24-dək davam edəcək yaz sessiyasının gündəliyi açıqlanıb.

Sessiya AŞPA-nın sədrinin çıxışı ilə başlayacaq, gündəlik təsdiq olunacaq, büronun və daimi komitələrin fəaliyyəti müzakirə ediləcək. Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Didye Reynders qurumun qış sessiyasından ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat verəcək və sərbəst dinləmələr aparılacaq.

Sessiyanın ikinci iş günündə İnsan Haqları üzrə Avropa Məhkəməsinə yeni üzvlərin seçkisi keçiriləcək, Avropa Şurasının baş katibi Torbyorn Yaqland deputatların ona ünvanlayacağı sualları cavablandıracaq. Həmçinin Avropa Şurasının 2016-2017-ci illər üçün büdcəsi və prioritetləri, İŞİD terrorçu qruplaşması tərəfindən bəşəriyyəti təhdid edən hərəkətlər müzakirə ediləcək.


Sonrakı günlərdə Avropada insanlara qarşı diskriminasiya halları və qitədə sosial xidmətlər ətrafında fikir mübadiləsi aparılacaq, insan haqları üzrə komissarın rəhbərlik etdiyi qurumun 2014-cü ildəki fəaliyyətinə dair hesabatı dinləniləcək, Monako ilə pozitiv dialoq və digər məsələlər diqqət mərkəzində olacaq.

Sessiyanın gündəliyinə Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi salınmayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR