• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Qardaşım oğlu heç yerdə işləmir” – Hacı İbrahim Nehrəmlidən jurnalistə DƏSTƏK

  • Nida.az
  • 19 Fevral 2014 11:44
  • 6 730 Baxış
“Qardaşım oğlu heç yerdə işləmir” – Hacı İbrahim Nehrəmlidən jurnalistə DƏSTƏK

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, “Avesta” Konserninin prezidenti Hacı İbrahim İbrahimov jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu “haqqin.az” və “virtualaz.org” saytlarında “Nazir İbrahimovun oğlunun təyyarələri, katerləri və ada əyləncələri” başlıqlı materialın yayılmasına münasibət bildirib.

İ.İbrahimov Publika.Az-a açıqlamasında deyib: “Eynulla jurnalistdir və onun nə isə yazmağında qəbahət heç nə yoxdur. Mənim Eynullaya böyük hörmətim var, onun bir tərəfi naxçıvanlıdır. Mənim heç bir jurnalistlə, o cümlədən Eynulla ilə münasibətlərim pis deyil. Eynulla mənim yerlimdir. Eynulla da jurnalist olaraq nəsə yazmalıdır da. Sadəcə, gərək belə şeylərdə diqqət olsun və mənim adımı kiminsə məsələsinə qarışdırmasın. Mən iş adamıyam. Əgər mənə sözü varsa, zəng etsin, nə istəyir soruşsun. Digər tərəfdən isə mənim hələ ki təyyarəm yoxdur. Olsa belə, burada pis heç nə yoxdur. Dövlət adamlarının təyyarəsi ola bilir, biznes adamlarının yox?

Bizim ölkə də bu da tərsinədir. Mənim hələ ki təyyarəm yoxdur. Qardaşım oğlu da mənim təyyarəmdən istifadə etmir. Təyyarəm olsa, ilk növbədə özüm minərdim. Xaricə camaat necə gedib-gəlirsə, mən də o cür gedib-gəlirəm. Kimsə necə gedib-gəlirsə, bunun mənə aidiyyatı yoxdur? Qardaşım necədirsə, bunun mənə nə aidiyyatı? Açığı deyim ki, qardaşımın və onun oğlunun işlərindən xəbərim yoxdur. İndi mənim o qədər öz problemim var ki, onları həll edirəm”.

Hacı İbrahim qardaşı oğlu Elnur İbrahimovun şəxsi təyyarədən istifadə edib-etməməsi məsələsinə də toxunub: “Vallah, mənim onlardan xəbərim yoxdur. Ancaq qardaşım oğlu heç yerdə işləmir. O, əvvəlcə yaxşı işdə işləsin ki, şəxsi təyyarəsi olsun. Hələ gedib pul qazansın, sonra təyyarə barədə düşünsün. Mənə baxmayın, mən 1987-ci ildən biznesmenəm. Mən heç dəbdəbəli həyat da sürmürəm. İndi mən ömrümün qalan hissəsini də şəhər tikməyə həsr edirəm. Mənim elə imkanım olsa belə, ilk növbədə şəhər tikərəm, gedib təyyarə almaram. O ki qaldı bahalı maşınlara, hamı kimi mənim də maşınım var. Mən dövlət məmuru deyiləm ki, rüşvət alıb nəsə edim.

Sizə bir lətifə danışım. Deməli, bir nəfər gedib dəryada balıq tutur, tilovuna qızıl balıq düşür. Qızıl balıq and-aman edir ki, məni suya burax, sənin 3 arzunu yerinə yetirim. Balıq tutan adam qızıl balığından 3 arzu istəyir. Birinci arzusu “Niva”, ikinci arzusu “Niva” və üçüncü arzusu da “Niva” avtomobili olur. Qızıl balıq soruşur ki, niyə üç arzunun üçündə də ancaq “Niva” istədin? Balıq tutan cavab verir: Üçünü satıb özümə bir “Jeep” alacam. İndi mənim “Jeep”imi görüb deyirlər ki, Hacı İbrahim özünə “Jeep” alıb. Hacı İbrahimin anadan olandan “Jeep”i olub. İndi 3 avtomobildən istifadə edirəm. Ümumilikdə isə avtomobilim çoxdur, onlardan ailəm istifadə edir.

Mən iş adamı olduğum üçün qonaqlarım da avtomobildən istifadə edir. Maşınlarla bağlı Eynulla doğru yazıb. Nə maşınlarım varsa, hamısını düz yazıb. Hətta bir qədər də az yazıb”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR