Əfv gözlənilir: siyahıda 80 nəfərin adı var
Bizi izləyin

Nida.az

Əfv gözlənilir: siyahıda 80 nəfərin adı var

Novruz bayramı münasibətilə əfv verilə bilər.

Bunu Publika.az-a Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfərova bildirib.

N.Cəfərova deyib ki, yaxın günlərdə Azərbaycan Prezidenti tərəfindən növbəti əfv sərəncamının imzalanacağı gözlənilir: “Bizə deyiblər ki, Prezidentin əfv sərəncamı imzalayacağı dəqiqdir. Ancaq əfv olunanlar arasında kimlərin olacağını bilmirik. Yəqin ki, 80 nəfər əfv olunacaq. Əfvlə bağlı müraciət göndərilib. Prezident İlham Əliyevin onu imzalamasını gözləyirik”.

N.Cəfərova “siyasi məhbus” adlandırılan 23 nəfərin əfv olunması üçün siyahının Azərbaycan Prezidentinə göndərildiyini söyləyib: “Bizim siyahıda olan şəxslərin hamısının adı göndərilib. Amma onların əfv olunub-olunmayacağını dəqiq bilmirik”.

N.Cəfərova Lamiyə Quliyevanın keçmiş nişanlısı Vüqar Əliyevin əfv olunması üçün adını Prezidentə göndərdiklərini bildirib: “23 nəfərdən əlavə 20 nəfər də ayrı insan bizə müraciət edib. Vüqar Əliyevi də onların sırasında əfv siyahısı üçün təqdim etmişik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm