“May ayında ABŞ Gürcüstanda birgə hərbi təlimlər keçirəcək” - AÇIQLAMA
Bizi izləyin

Nida.az

“May ayında ABŞ Gürcüstanda birgə hərbi təlimlər keçirəcək” - AÇIQLAMA

Gürcüstan və ABŞ may ayında birgə hərbi təlimlər kecirəcək.

Publika.az bildirir ki, bu barədə ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı, general Ben Hodces bəyan edib. Hodces qeyd edib ki, Gürcüstanda keçiriləcək hərbi təlimlər NATO-nun “Atlantic Resolve” proqramı çərçivəsində baş tutacaq.

“ABŞ hava-desant və piyada rotası may ayında Gürcüstan ordusunun təlimlərinə birgə qatılacaq. Təlimlər “Noble Partner “( Alicənab tərəfdaş) kod adı ilə keçiriləcək”, - deyə general bildirib.

X. Səfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm